Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli qərarı
ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin
aparılması qaydaları haqqında Təlimat”da dəyişikliklər
edilməsi barədə
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin Qərarı
¹ 95
Bakı şəhəri,
17 mart 2017-ci il
Azərbaycan Respublikası
Konstitusiyasının 119-cu maddəsinin səkkizinci
abzasını rəhbər tutaraq Azərbaycan
Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167
nömrəli qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2000, ¹ 9, maddə 693; 2001, ¹ 11, maddə 722;
2002, ¹ 3, maddə 148, ¹ 7, maddə 455, ¹ 10, maddə 635; 2003, ¹
10, maddə 629; 2005, ¹ 4, maddə 386, ¹ 6, maddə 534, ¹ 8, maddə
782, ¹ 10, maddə 977, ¹ 11, maddə 1061, ¹ 12, maddələr
1228,1231; 2006, ¹ 3, maddə 297, ¹ 8, maddə 731, ¹ 9, maddə 830,
¹ 10, maddə 902, ¹ 11, maddə 994; 2008, ¹ 2, maddə 108, ¹ 4,
maddə 316,
¹ 8, maddə
787; 2009, ¹ 2, maddə 148,
¹ 10, maddələr
846, 849, ¹ 12, maddə 1079; 2010, ¹ 6, maddə 555; 2011, ¹ 10, maddə
971; 2012, ¹ 3, maddə 263, ¹ 5, maddələr 489, 495, ¹ 7, maddə
777, ¹ 11, maddə 1206, ¹ 12, maddə 1354; 2013,
¹ 4, maddə
444, ¹ 5, maddə 578; 2014,
¹ 1, maddə
74, ¹ 5, maddələr 552, 589, ¹ 6, maddə 746, ¹ 8, maddə
1019, ¹ 12, maddə 1685; 2015, ¹ 12, maddə 1580; 2016, ¹ 3, maddə
611, ¹ 4, maddələr 777, 814, ¹ 6, maddə 1226, ¹ 8, maddə
1449, ¹ 11, maddə 1937) ilə təsdiq edilmiş “Azərbaycan
Respublikasında notariat hərəkətlərinin
aparılması qaydaları haqqında Təlimat”da
aşağıdakı dəyişikliklər edilsin:
1. 48-ci
hissənin birinci abzasına aşağıdakı məzmunda
ikinci cümlə əlavə edilsin:
“Ərizədə
arayışın daşınmaz əmlakın sərəncam
verilməsinə dair notariat hərəkətinin
aparılması məqsədi ilə əldə edilməsi
göstərilməli və müraciət edən şəxsin
imzasının həqiqiliyi notarius tərəfindən təsdiq
edilməlidir.”.
2. 79-cu
hissə üzrə:
2.1.
dördüncü abzas aşağıdakı redaksiyada
verilsin:
“Etibar
edilmişi başqasına etibaretmə qaydasında verilmiş
etibarnamə üzrə səlahiyyətlər
bütünlüklə digər şəxsə
ötürüldükdə həmin
etibarnamənin əsli, səlahiyyətlərin bir hissəsi
ötürüldükdə isə bu Təlimatın 31-ci hissəsinin
ikinci abzasına uyğun olaraq onun surəti notariat işinə
əlavə edilir.”;
2.2.
aşağıdakı məzmunda altıncı-səkkizinci
abzaslar əlavə edilsin:
“Etibarnaməni
vermiş və ya etibarnamə verilmiş şəxsin notariat
qaydasında təsdiq edilmiş ərizəsi əsasında
etibarnaməyə xitam verilir. Etibarnaməyə xitam verildikdə,
etibar edilmişi başqasına etibaretmə qüvvədən
düşür.
Bir və
ya bir neçə şəxsin adından bir və ya bir
neçə şəxsə verilmiş etibarnamə
onların hər hansı birinin notariat qaydasında təsdiq
edilmiş ərizəsinə əsasən seçdiyi şəxsə
qarşı etibarnamə hissəvi xitam olunur.
Əgər
etibarnamə başqa notariat kontorunda təsdiq edilibsə,
etibarnaməyə xitam verilməsi barədə ərizəni
qəbul edən notarius “Elektron notariat” informasiya sistemində
etibarnaməyə xitam verilməsi barədə qeyd yazmaqla,
etibarnaməyə xitam verir və ərizəni dərhal sistem
vasitəsilə etibarnaməni təsdiq etmiş notariusa
göndərir. Həmin notarius isə dərhal notariat
reyestrində etibarnaməyə xitam verilməsi barədə
müvafiq qeyd aparır.”.
Artur Rasi-zadə
Azərbaycan Respublikasının
Baş naziri
Xalq qəzeti.- 2017.- 28 mart.- S.6.