Bədən tərbiyəsi idmanla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqındaAzərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 24 dekabr tarixli 198 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

 

¹ 97                                  

Bakı şəhəri, 17 mart 2017-ci il

 

 

  İdmanda dopinq vasitələrindən üsullarından istifadəyə qarşı mübarizə haqqındaAzərbaycan Respublikasının 2016-cı il 29 noyabr tarixli 447-VQ nömrəli Qanununun tətbiqi barədəAzərbaycan Respublikası Prezidentinin 2016-cı il 14 dekabr tarixli 1158 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti  QƏRARA  ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 24 dekabr tarixli 198 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, ¹ 12, maddə 1073; 2010, ¹ 4, maddə 354; 2014, ¹ 9, maddə 1137; 2016, ¹ 9, maddə 1585) ilə təsdiq edilmişMilli yığma komandaların maddi-texniki, elmi-metodiki, tibbi-bioloji, tibbi antidopinq təminatı Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 4.7-ci bənd aşağıdakı redaksiyada verilsin:

“4.7. “İdmanda dopinqə qarşı mübarizə haqqındaBeynəlxalq Konvensiya Ümumdünya Antidopinq Məcəlləsi ilə qadağan edilmiş dopinq vasitələrindən üsullarından istifadəyə qarşı yönəlmiş nəzarətİdmanda dopinq vasitələrindən üsullarından istifadəyə qarşı mübarizə haqqındaAzərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.”.

2. 4.8-ci bənd üzrə:

2.1. beşinci abzasdaantidopinqsözü “ÜADA tərəfindən akkreditasiya edilmişsözləri ilə analizin xoşagəlməz nəticələrisözləriantidopinq qaydalarının pozulmasısözləri ilə əvəz edilsin;

2.2. altıncı abzas aşağıdakı redaksiyada verilsin:

İdmanda dopinq vasitələrindən üsullarından istifadəyə qarşı mübarizə haqqındaAzərbaycan Respublikasının Qanununun 19-cu maddəsində nəzərdə tutulmuş vəzifələrin həyata keçirilməsi;”;

2.3. yeddinci abzas ləğv edilsin.

 

Artur Rasi-zadə

Azərbaycan Respublikasının

Baş naziri

 

Xalq qəzeti.- 2017.- 28 mart.- S.6.