31 Mart Azərbaycanlıların
Soyqırımı
Gününə həsr olunmuş
sərgi
Milli Kitabxanada 31 Mart Azərbaycanlıların
Soyqırımı Gününə həsr olunmuş kitab sərgisi
açılmışdır.
Tədbiri Milli Kitabxananın
direktoru, professor Kərim Tahirov açmışdır. O, 1918-ci ildə Bakı şəhərində və
onun ətraf kəndlərində, eləcə
də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur, Qarabağ,
Naxçıvan və
digər ərazilərdə
Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara
qarşı törətdikləri
qırğınlardan danışmış,
rəsmi mənbələrə
əsasən, soyqırımı
nəticəsində on minlərlə
azərbaycanlının qətlə
yetirildiyini, insanların
itkin düşdüyünü
söyləmiş, Qubada
aşkar olunmuş kütləvi məzarlıqda
– Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılmış
Quba Soyqırımı
Memorial Kompleksində müxtəlif
yaş qruplarına
aid 400-dən çox insan
cəsədinin qalıqlarının
müəyyən olunmasının
soyqırımın bariz
nümunəsi olduğunu
bildirmişdir.
Natiq soyqırımının cəmi
iki il
– 1919 və 1920-ci ilin
mart ayının 31-nin Azərbaycan
Xalq Cümhuriyyəti
tərəfindən ümummilli
matəm günü kimi qeyd edildiyini
bildirmişdir. O, daha sonra Azərbaycan xalqının ümummilli
lideri Heydər Əliyevin 26 mart 1998-ci il tarixli fərmanı ilə 31 Martın Azərbaycanlıların
Soyqırımı Günü
elan edilməsindən
danışmışdır.
K.Tahirov
ermənilər tərəfindən
törədilən qırğınların,
soyqırımlarının sonrakı illərdə də davam etdiyini,
təkcə XX əsrdə
azərbaycanlıların 4 dəfə – 1905-1906, 1918-1920, 1948-1953 və 1988-1993-cü illərdə
kütləvi qırğınlara,
soyqırımlarına və
etnik təmizləmələrə
məruz qaldığını,
Xocalı faciəsinin
tariximizin növbəti
soyqırımı olduğunu
söyləmişdir. Xocalı soyqırımının
dünya miqyasında tanıdılmasında və
soyqırımına hüquqi
qiymət verilməsində
Azərbaycan Respubliakasının
Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın əvəzsiz
xidmətlərindən danışmışdır.
Sonda tədbir iştirakçıları
“31 Mart Azərbaycanlıların Soyqırımı Günüdür”
adlı kitab və dövri mətbuat materiallarından
ibarət geniş sərgi ilə tanış oldular.
Bu gün isə
Dövlət Gənc Tamaşaçılar Teatrında
“Ünvansız qatar” adlı yeni tamaşa nümayiş etdiriləcək. Bu səhnə
əsəri ata-baba yurdundan didərgin düşmüş soydaşlarımızın
faciəli və nisgilli həyat həqiqətlərindən bəhs
edir.
Əməkdar incəsənət xadimi, tanınmış dramaturq
Əli Əmirlinin eyniadlı pyesi əsasında hazırlanmış
tamaşanın quruluşçu
rejissoru Əməkdar
incəsənət xadimi
Bəhram Osmanov, quruluşçu rəssamı
Sona Qarayevadır.
Tamaşada Əməkdar artistlər
Lətifə Əliyeva,
Qurban İsmayılov,
Şəfəq Əliyeva,
Nəsibə Eldarova, Gülər Nəbiyeva, Naibə Allahverdiyeva, Kəmalə Hüseynova, Qəmər Məmmədova,
Leyli Vəliyeva, Vahid Əliyev və başqaları iştirak edirlər.
M. MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2017.- 31
mart.- S.6.