Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 3 iyun tarixli 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət qeydiyyatına alınmış  dərman  vasitələrinin  qiymətlərinin  tənzimlənməsi  və həmin  qiymətlərə  nəzarətin  həyata  keçirilməsi  Qaydası”nda dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

 

QƏRAR ¹ 98                                               

Bakı şəhəri, 27 mart 2017-ci il

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti  QƏRARA  ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 3 iyun tarixli 209 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanun-vericilik Toplusu, 2015, ¹ 6, maddə 782; 2016, ¹ 5, maddə 955; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 20 dekabr tarixli 520 nömrəli qərarı) ilə təsdiq edilmiş “Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi Qaydası”na aşağıdakı məzmunda 6.3-1-ci bənd əlavə edilsin:

“6.3-1. Dövlət qeydiyyatından keçmiş dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi məqsədi ilə bəyannamələrin, hesabat sənədlərinin və məlumatların vaxtında və ya düzgün təqdim edilməsinə nəzarəti Katiblik həyata keçirir.”.

 

Artur Rasi-zadə

Azərbaycan Respublikasının

Baş naziri

 

Xalq qəzeti.- 2017.- 29 mart.- S.8.