Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 10 mart tarixli 16 nömrəli qərarı ilə təsdiq edilmişAzərbaycan Respublikasının Dövlət büdcəsindən maliyyələşən idarə təşkilatların büdcədənkənar vəsaitləri haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

 

QƏRAR ¹ 99

Bakı şəhəri, 27 mart 2017-ci il

 

Büdcə sistemi haqqındaAzərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədəAzərbaycan Respublikasının 2016-cı il 14 oktyabr tarixli 349-VQD nömrəli Qanununun tətbiqi haqqındaAzərbaycan Respublikası Prezidentinin 2016-cı il 30 noyabr tarixli 2472 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti  QƏRARA  ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 10 mart tarixli 16 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, ¹ 12, maddə 757; 2000,   ¹ 8 (III kitab), maddə 642; 2003, ¹ 4, maddə 219; 2005, ¹ 4, maddə 377) ilə təsdiq edilmişAzərbaycan Respublikasının Dövlət büdcəsindən maliyyələşən idarə təşkilatların büdcədənkənar vəsaitləri haqqında Əsasnamə”nin I bölməsinin 1-ci hissəsinə aşağıdakı məzmunda ikinci abzas əlavə edilsin:

Büdcədənkənar vəsaitlərin təyinatı üzrə istifadə edilməməsinə görə vəzifəli şəxslər qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.”.

 

Artur Rasi-zadə

Azərbaycan Respublikasının

Baş naziri

 

Xalq qəzeti.- 2017.- 29 mart.- S.8.