Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin 1997-ci il   25    dekabr   tarixli  140  nömrəli  qərarı    ilə   təsdiq  edilmiş  “Azərbaycan  Respublikası gömrük sisteminin büdcədənkənar inkişaf  fondu  haqqında  Əsasnamə və fondun vəsaitinin xərclənməsi Qaydaları”nda   dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

 

QƏRAR ¹ 100           

Bakı şəhəri, 27 mart 2017-ci il

 

“Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 14 oktyabr tarixli 349-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 30 noyabr tarixli 2472 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək        məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti              QƏRARA  ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 25 dekabr tarixli 140 nömrəli qərarı (Azərbaycan Respub-likasının Qanunvericilik Toplusu, 1997, ¹ 6, maddə 549; 2000, ¹ 6, maddə 473; 2005, ¹ 8, maddə 782; 2011, ¹ 4, maddə 369; 2013, ¹ 12, maddə 1637; 2016, ¹ 5, maddə 954) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası gömrük sisteminin büdcədənkənar inkişaf fondu haqqında Əsasnamə və fondun vəsaitinin xərclənməsi Qaydaları”na aşağıdakı məzmunda 1.4-cü bənd əlavə edilsin:

“1.4. Gömrük sisteminin inkişaf fondunun vəsaitinin təyinatı üzrə istifadə edilməməsinə görə vəzifəli şəxslər qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.”.

 

Artur Rasi-zadə

Azərbaycan Respublikasının

Baş naziri

 

Xalq qəzeti.- 2017.- 29 mart.- S.8.