“Dövlət büdcəsindən maliyyələşdirilən istehlakçıların istifadə etdikləri elektrik, istilik enerjisinin, təbii qazın, suyun     rabitə   xidmətlərinin   limitləri   haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci  il 13 aprel tarixli 74 nömrəli qərarında dəyişiklik  edilməsi barədə

 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

 

QƏRAR ¹ 101

Bakı şəhəri, 27 mart 2017-ci il

 

“Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 14 oktyabr tarixli 349-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 30 noyabr tarixli 2472 nömrəli           Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məq-        sədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti               QƏRARA  ALIR:

“Dövlət büdcəsindən maliyyələşdirilən istehlakçıların istifadə etdikləri elektrik, istilik enerjisinin, təbii qazın, suyun və rabitə xidmətlərinin limitləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 13 aprel tarixli  74 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, ¹ 4, maddə 282; 2004, ¹ 9, maddə 750; 2009, ¹ 9, maddə 757; 2014, ¹ 6, maddə 747) 4-cü hissəsinin c) bəndində “qeyri-təyinatı üzrə istifadə olunması yolverilməzdir” sözləri “təyinatı üzrə istifadə edilməməsinə görə vəzifəli şəxslər qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar” sözləri ilə əvəz edilsin.

 

Artur Rasi-zadə

Azərbaycan Respublikasının

Baş naziri

 

Xalq qəzeti.- 2017.- 29 mart.- S.8.