İşsizlik  müavinətlərinin  maliyyələşdirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il   4 may tarixli 76 nömrəli qərarında dəyişikliklər   edilməsi barədə

 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

 

QƏRAR ¹ 102        

Bakı şəhəri, 27 mart 2017-ci il

 

“Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 14 oktyabr tarixli 349-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 30 noyabr tarixli 2472 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti  QƏRARA  ALIR:

İşsizlik müavinətlərinin maliyyələşdirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 4 may tarixli 76 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, ¹ 5, maddə 313; 2004, ¹ 9, maddə 750; 2008,    ¹ 2, maddə 130; 2011, ¹ 2, maddə 157, ¹ 5, maddə 449; 2012, ¹ 2, maddə 179; 2014, ¹ 6, maddə 747; 2016, ¹ 7, maddə 1339, ¹ 11, maddə 1976)  11-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

 1. İkinci abzasda “xərclənməsinə” sözü “xərclənmə-məsinə” sözü ilə əvəz edilsin.

2. Üçüncü abzasda “çatdırılmasına” sözü “çatdırılmama-sına” sözü ilə əvəz edilsin.

3. Dördüncü abzasda “aparılmasına” sözü “aparılmama-sına” sözü ilə əvəz edilsin.

 

Artur Rasi-zadə

Azərbaycan Respublikasının

Baş naziri

 

Xalq qəzeti.- 2017.- 29 mart.- S.8.