Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il    2 iyun tarixli 74 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsinin Ehtiyat  Fondunun vəsaitindən  istifadə Qaydaları”nda dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

 

QƏRAR ¹ 103                  

Bakı şəhəri, 27 mart 2017-ci il

 

“Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 14 oktyabr tarixli 349-VQD nömrəli   Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 30 noyabr tarixli 2472 nömrəli    Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti   QƏRARA  ALIR:

 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il   2 iyun tarixli 74 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, ¹ 6, maddə 343; 2005, ¹ 6, maddə 548; 2009, ¹ 11, maddə 936) ilə təsdiq edilmiş “Dövlət büdcəsinin Ehtiyat Fondunun vəsaitindən istifadə Qaydaları”nın 10-cu hissəsində “təşkilatlar həmin vəsaitin öz təyinatı üzrə düzgün xərclənməsinə bilavasitə” sözləri “təşkilatların vəzifəli şəxsləri həmin vəsaitin təyinatı üzrə xərclənməməsinə görə qanunla müəyyən edilmiş qaydada” sözləri ilə əvəz edilsin.

 

Artur Rasi-zadə

Azərbaycan Respublikasının

Baş naziri

 

Xalq qəzeti.- 2017.- 29 mart.- S.8.