Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 21 yanvar tarixli 11 nömrəli qərarı ilə
təsdiq edilmiş
“Diplomatik
xidmət əməkdaşlarına təminat və kompensasiyaların verilməsi
Qaydaları”nda dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin Qərarı
QƏRAR ¹ 104
Bakı şəhəri, 27 mart
2017-ci il
“Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respub-likasının 2016-cı il 14 oktyabr tarixli 349-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 30 noyabr tarixli 2472 nömrəli Sərənca- mının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 21 yanvar tarixli 11 nömrəli qərarı (Azərbaycan Respub-likasının Qanunvericilik Toplusu, 2008, ¹ 1, maddə 41; 2010, ¹ 4, maddə 359; 2012, ¹ 12, maddə 1385; 2013, ¹ 7, maddə 874, ¹ 8, maddə 1010, ¹ 12, maddə 1641; 2015, ¹ 12, maddə 1598) ilə təsdiq edilmiş “Diplomatik xidmət əməkdaşlarına təminat və kompensasiyaların verilməsi Qaydaları”nın 1.13-cü bəndinə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Diplomatik nümayəndəliyə ayrılan maliyyə vəsaitlərinin təyinatı üzrə istifadə edilməməsinə görə vəzifəli şəxslər qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.”.
Artur Rasi-zadə
Azərbaycan Respublikasının
Baş naziri
Xalq qəzeti.- 2017.- 29 mart.- S.8.