Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu  il  5  yanvar  tarixli  2  nömrəli qərarı ilə təsdiq  edilmiş “Ölkə və beynəlxalq miqyaslı bədən tərbiyəsi və idman tədbirlərinin,   Vahid    təqvim  planına    daxil   edilmiş  bədən  tərbiyəsi  tədbirlərinin     idman   yarışlarının maliyyələşdirilməsi Qaydaları və bu  tədbirlərin təşkili      keçirilməsinə   ayrılan   xərclərin   Normaları”nda   dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

 

QƏRAR ¹ 106         

Bakı şəhəri, 27 mart 2017-ci il

 

“Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 14 oktyabr tarixli 349-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 30 noyabr tarixli 2472 nömrəli Sərənca- mının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə                Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA  ALIR:

 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 5 yanvar tarixli 2 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, ¹ 1, maddə 48; 2011, ¹ 12, maddə 1251; 2014, ¹ 10, maddə 1286) ilə təsdiq edilmiş “Ölkə və beynəlxalq miqyaslı bədən tərbiyəsi və idman tədbirlərinin, Vahid təqvim planına daxil edilmiş bədən tərbiyəsi tədbirlərinin və idman yarışlarının maliyyələşdirilməsi Qaydaları və bu tədbirlərin təşkili və keçirilməsinə ayrılan xərclərin Normaları”nın 4-cü hissəsində “xərclənməsinə görə mövcud qanunvericiliyə uyğun olaraq” sözləri “xərclənməməsinə görə qanunla müəyyən edilmiş qaydada” sözləri ilə əvəz edilsin.

 

Artur Rasi-zadə

Azərbaycan Respublikasının

Baş naziri

 

Xalq qəzeti.- 2017.- 29 mart.- S.8.