Azərbaycan
Respublikası Nazirlər Kabinetinin
2016-cı il 11 avqust tarixli 303
nömrəli qərarı ilə təsdiq edilmiş
“Vergi orqanlarının büdcədənkənar
fondunun formalaşdırılması və
onun vəsaitlərindən istifadə
Qaydası”nda dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin Qərarı
QƏRAR ¹ 108
Bakı şəhəri, 27 mart
2017-ci il
“Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 14 oktyabr tarixli 349-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 30 noyabr tarixli 2472 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti
QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 11 avqust tarixli 303 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, ¹ 8, maddə 1441, ¹ 12, maddə 2247) ilə təsdiq edilmiş “Vergi orqanlarının büdcədənkənar fondunun formalaşdırılması və onun vəsaitlərindən istifadə Qaydası”na aşağıdakı məzmunda 6.1-1-ci bənd əlavə edilsin:
“6.1-1. Fondun vəsaitlərinin təyinatı üzrə istifadə edilməməsinə görə vəzifəli şəxslər qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.”.
Artur Rasi-zadə
Azərbaycan Respublikasının
Baş naziri
Xalq qəzeti.- 2017.- 29
mart.- S.8.