“Kənd  təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində  istifadə  etdiyi  yanacaq     motor   yağlarına, habelə  buğda və çəltik əkininə görə dövlət  büdcəsinin  vəsaiti hesabına  yardımların  verilməsi Qaydaları”nın və “Aqrolizinq” Açıq   Səhmdar  Cəmiyyəti və  digər  hüquqi    fiziki  şəxslər tərəfindən   kənd   təsərrüfatı   məhsullarının   istehsalçılarına mineral  gübrələrin, biohumusun      pestisidlərin   güzəştlə satılması  Qaydaları”nın təsdiq  edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 15 fevral  tarixli 32 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

 

QƏRAR ¹ 109

Bakı şəhəri, 27 mart 2017-ci il

 

 “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respub-likasının 2016-cı il 14 oktyabr tarixli 349-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 30 noyabr tarixli 2472 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının   Nazirlər Kabineti  QƏRARA ALIR:

“Kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına, habelə buğda və çəltik əkininə görə dövlət büdcəsinin vəsaiti hesabına yardımların verilməsi Qaydaları”nın və “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının  istehsalçılarına  mineral gübrələrin, biohumusun və pestisidlərin güzəştlə satılması Qaydaları”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 15 fevral tarixli 32 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, ¹ 2, maddə 192,      ¹ 11, maddə 1184; 2008, ¹ 6, maddə 587; 2010, ¹ 12, maddə 1124; 2012, ¹ 8, maddə 811; 2013, ¹ 7, maddə 882, ¹ 12, maddə 1633; 2014, ¹ 2, maddə 201, ¹ 6, maddə 736, ¹ 8, maddə 1004; 2015, ¹ 1, maddə 60, ¹ 5, maddə 675, ¹ 6, maddə 795, ¹ 8, maddə 968, ¹ 10, maddə 1237, ¹ 12, maddə 1577; 2016, ¹ 5, maddə 955, ¹ 6, maddə 1190, ¹ 12, maddə 2238) aşağıdakı dəyişikliklər edilsin:

1. Həmin qərarla təsdiq edilmiş 1 nömrəli əlavə - “Kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becəril-məsində istifadə etdiyi yanacaq və motor yağlarına, habelə buğda və çəltik əkininə görə dövlət büdcəsinin vəsaiti hesabına yardımların verilməsi Qaydaları”na aşağıdakı məzmunda 6.3-cü bənd əlavə edilsin:

“6.3. Kənd təsərrüfatı idarələrinin vəzifəli şəxsləri istehsalçılara becərdikləri əkin sahəsi və çoxillik əkmələrə görə yardımın verilməsi üçün ayrılmış büdcə vəsaitinin təyinatı üzrə istifadə edilməməsinə görə qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.”.

2. Həmin qərarla təsdiq edilmiş 2 nömrəli əlavə - “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına mineral gübrələrin, biohumusun və pestisidlərin güzəştlə satılması Qaydaları”nın 3.1-ci bəndinə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin vəzifəli şəxsləri mineral gübrələrin, biohumusun və pestisidlərin alınması üçün dövlət büdcəsindən ayrılmış vəsaitin  təyinatı üzrə istifadə edilməməsinə görə qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.”.

 

Artur Rasi-zadə

Azərbaycan Respublikasının

Baş naziri

 

Xalq qəzeti.- 2017.- 29 mart.- S.8.