Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 2 noyabr tarixli 432 nömrəli qərarı ilə təsdiq edilmişTənzimləyici təsirin təhlili Qaydası”nda dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

 

¹ 110

Bakı şəhəri, 28 mart 2017-ci il

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 2 noyabr tarixli 432 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, ¹ 11, maddə 1920) ilə təsdiq edilmişTənzimləyici təsirin təhlili Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 1.3-cü bənd aşağıdakı redaksiyada verilsin:

“1.3. Tənzimləyici təsirin təhlili nəticəsində bu Qaydanın 2.10-cu bəndinə 3.8.3-cü yarımbəndinə uyğun olaraq tədbirlər görülür.”.

2. 1.4-cü bənd üzrə:

2.1. “hallarda qaydadasözlərindən sonrasəlahiyyətli orqan qismindəsözləri, “İqtisadiyyat Nazirliyisözlərindən sonra “(bundan sonraAzərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi)” sözləri əlavə edilsin;

2.2. aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən verilən lisenziya icazələrə münasibətdə tənzimləyici təsirin təhlilini aparan orqan qismində həmin Nazirlik çıxış edir.”.

3. 1.5-ci bənddə 3.5.6-cı yarımbənddədövlət orqanlarınınsözləriinzibati orqanlarınsözləri ilə əvəz edilsin.

4. 2.2-ci bənd aşağıdakı redaksiyada verilsin:

“2.2. Qanun layihələrinin tənzimləyici təsirinin təhlili hər bir halda həyata keçirilir.”.

5. 2.3-cü bənddəkomissiyadasözüişçi qrupundasözləri ilə əvəz edilsin.

6. 2.6.1-ci yarımbənddə “2.6.1.1-2.6.1.9” rəqəmləri müvafiq olaraq “1-9” rəqəmləri ilə əvəz edilsin.

7. Aşağıdakı məzmunda 2.10-cu bənd əlavə edilsin:

“2.10. Arayışda ən münasib tənzimləmə yolu kimi lisenziya tələb olunan fəaliyyət növünün icazənin müəyyən edilməsi təklif edildikdə, müvafiq qanun layihəsi arayışla birlikdə aidiyyəti üzrə təqdim edilir.”.

8. 3.5.7-ci yarımbəndəiradsözündən əvvəlhüquqi faktlara əsaslanansözləri əlavə edilsin.

9. 3.6.1-ci yarımbənd üzrə:

9.1. “3.6.1.1-3.6.1.12” rəqəmləri müvafiq olaraq “1-12” rəqəmləri ilə əvəz edilsin;

9.2. üçüncü abzasdan “(qanun layihəsinin tənzimləyici təsirinin təhlili həyata keçirilmişdirsə)” sözləri çıxarılsın.

10. 3.6.4-cü yarımbənd üzrə:

10.1. “3.6.4.1-3.6.4.3” rəqəmləri müvafiq olaraq “1-3” rəqəmləri ilə əvəz edilsin ;

10.2. dördüncü abzasdalayihəsinəsözülayihəsinin hazırlanmasınasözləri ilə əvəz edilsin .

11. 3.7.2-ci yarımbənd üzrə:

11.1. “3.7.2.1-3.7.2.4” rəqəmləri müvafiq olaraq “1-4” rəqəmləri ilə əvəz edilsin;

11.2. dördüncü abzasdalayihəsinəsözülayihəsinin hazırlanmasınasözləri ilə əvəz edilsin.

12. 3.7.4-cü yarımbəndəƏdliyyəsözündən əvvəlAzərbaycan Respublikasısözləri əlavə edilsin.

13. 3.7.5-ci yarımbənddə nöqtəli vergül işarəsi nöqtə işarəsi ilə əvəz edilsin həmin yarımbəndə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Bu Qaydanın 3.7.3-cü yarımbəndinin ikinci cümləsində göstərilən müddət həmin yarımbəndin birinci cümləsində göstərilən müddətə daxil deyildir;”.

14. 3.8.1-ci yarımbənd üzrə:

14.1. “3.8.1.1-3.8.1.3” rəqəmləri müvafiq olaraq “1-3” rəqəmləri ilə əvəz edilsin;

14.2. aşağıdakı məzmunda beşinci abzas əlavə edilsin:

“4. lisenziya icazə müəyyən edən qanunun dəyişiklik edilmədən saxlanılması ya ləğv olunması, dəyişiklik edilməsinə dair qanun layihəsinin hazırlanması, habelə digər tədbirlərin görülməsi ilə bağlı təkliflərə münasibət;”.

15. 3.8.2-ci yarımbəndin ikinci cümləsindən lisenziya icazə müəyyən edən qanunda dəyişiklik edilmədən saxlanılmasına ya ləğv olunmasına, dəyişiklik edilməsinə dair qanun layihəsi, habelə digər tədbirlərin görülməsi ilə bağlı qəbul olunan qərarlarsözləri çıxarılsın.

16. 3.8.3-cü yarımbənd aşağıdakı redaksiyada verilsin:

“3.8.3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1. Komissiyanın qərarında lisenziya və icazə müəyyən edən qanunun ləğvinə, onda dəyişiklik edilməsinə dair qanun layihəsinin hazırlanması müəyyən edildikdə, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 45-ci və 46-cı maddələrinə uyğun tədbirlərin görülməsi üçün aidiyyəti inzibati orqanlara tapşırıqlar verir;

2. Komissiyanın qərarı ilə digər tədbirlərin görülməsi müəyyən edildikdə, aidiyyəti inzibati orqanlara müvafiq tapşırıqlar verir.”.

 

Artur Rasi-zadə

Azərbaycan Respublikasının

Baş naziri

 

Xalq qəzeti.- 2017.- 30 mart.- S.1.