“Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı”nın və “İnformasiya sistemlərinin və ehtiyatlarının, elektron xidmətlərin “Elektron hökumət” portalına qoşulması üçün Texniki Tələblər”in təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 1 may tarixli 118 nömrəli qərarında dəyişiklik edilməsi barədə

 

 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

 

¹ 111

Bakı şəhəri, 28 mart 2017-ci il

 

 “Elektron ipoteka” sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli 1126 nömrəli Fərmanının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 1 may tarixli 118 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanun-vericilik Toplusu, 2014, ¹ 5, maddə 547; 2015, ¹ 8, maddə 974, ¹ 11, maddə 1411; 2016, ¹ 4, maddə 795, ¹ 5, maddə 955, ¹ 6, maddə 1192, ¹ 9, maddə 1582, ¹ 11, maddə 1938, ¹ 12, maddə 2239; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 3 mart tarixli 73 nömrəli qərarı) ilə təsdiq edilmiş 1 nömrəli əlavə - “Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı”na aşağıdakı məzmunda 42-ci hissə əlavə edilsin:

42. “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyəti üzrə:

42.1.“Elektron ipoteka” sistemi

 

Artur Rasi-zadə

Azərbaycan Respublikasının

Baş naziri

 

Xalq qəzeti.- 2017.- 30 mart.- S.1.