Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli qərarı
ilə təsdiq edilmiş “Qiymətləri (tarifləri)
dövlət tərəfindən tənzimlənən
malların (işlərin, xidmətlərin) Siyahısı”nda
dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin Qərarı
¹ 112
Bakı şəhəri,
28 mart 2017-ci il
“Azərbaycan Respublikası
Prezidentinin 2012-ci il 4 iyun tarixli 646 nömrəli Fərmanı
ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının
Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə”də
dəyişikliklər edilməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin 2016-cı il 30 sentyabr tarixli 1050
nömrəli Fərmanının icrasını təmin etmək
məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər
Kabineti QƏRARA ALIR:
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178
nömrəli qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2005, ¹ 9, maddə 869; 2007, ¹ 1, maddə 45, ¹
3, maddə 312, ¹ 10, maddə 1021; 2008, ¹ 2, maddə 116; 2009, ¹ 6,
maddə 491, ¹ 10, maddə 846, ¹ 12, maddə 1061; 2010, ¹ 3, maddə
264, ¹ 4, maddə 359, ¹ 7, maddə 702, ¹ 12, maddə 1122; 2014, ¹
3, maddə 321, ¹ 10, maddə 1322; 2015, ¹ 4, maddə 474; 2016, ¹ 2
(II kitab), maddə 366, ¹ 3, maddə 610, ¹ 5, maddə 951, ¹ 8, maddə
1431, ¹ 9, maddə 1555, ¹ 11, maddə 1955; Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2017-ci il 26 yanvar tarixli 18
nömrəli qərarı) ilə təsdiq edilmiş “Qiymətləri
(tarifləri) dövlət tərəfindən tənzimlənən
malların (işlərin, xidmətlərin) Siyahısı”na
aşağıdakı məzmunda 43-cü hissə əlavə
edilsin:
“43. Azərbaycan
Respublikasının gömrük ərazisinə gətirilən
və bu ərazidən aparılan malların, gömrük
orqanlarının sərəncamında olan anbarlar istisna
olmaqla, müvəqqəti saxlanc və gömrük anbarlarında
saxlancı ilə bağlı xidmətlər”.
Artur Rasi-zadə
Azərbaycan Respublikasının
Baş naziri
Xalq qəzeti.- 2017.- 30 mart.- S.2.