Nəzarət-kassa  aparatları üzrə  sahələrarası  ekspert komissiyasının yaradılması haqqında    Azərbaycan Respublikası Nazirlər  Kabinetinin  1995-ci  il 12 iyun tarixli 138 nömrəli qərarında dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

 

¹ 114 

Bakı şəhəri, 29 mart 2017-ci il

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA  ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 12 iyun tarixli 138 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, ¹ 9, maddə 625; 2006, ¹ 4, maddə 382; 2009, ¹ 7, maddə 610; 2014, ¹ 6, maddə 736; 2016, ¹ 5, maddə 955)  ilə təsdiq edilmişNəzarət-kassa aparatları üzrə sahələrarası ekspert komissiyasının Tərkibiyeni redaksiyada təsdiq edilsin (əlavə olunur).

 

Artur Rasi-zadə

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan Respublikası

Nazirlər Kabinetinin 2017-ci il

29 mart tarixli 114 nömrəli qərarı ilə

təsdiq edilmişdir.

 

Nəzarət-kassa aparatları üzrə sahələrarası ekspert komissiyasının

 

T Ə R K İ B İ

 

Komissiyanın sədriAzərbaycan Respublikasının vergilər naziri

Komissiya sədrinin müaviniAzərbaycan Respublikası maliyyə nazirinin müavini

Komissiyanın üzvləri:

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Aparatının qiymət statistikası şöbəsinin müdiri

Azərbaycan Respublikası Vergilər Nazirliyinin vergi öhdəliklərinin icrasına nəzarət departamentinin baş direktoru

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin uçot siyasəti şöbəsinin müdiri

Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya Patent üzrə Dövlət Komitəsinin metrologiya şöbəsinin müdiri

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strateji planlaşdırma proqnozlaşdırma şöbəsi müdirinin müavini

Azərbaycan Respublikası Mərkəzi Bankının nağd pul departamentinin direktoru

Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı sədrinin müavini.

 

Xalq qəzeti.- 2017.- 31 mart.- S.3.