Səbaildə Heydər Əliyevin xatirəsinə

həsr olunmuş klassik musiqi gecəsi keçirilmişdir

 

Ümummmilli lider Heydər Əliyev milli müsiqimizlə yanaşı, klassik simfonik musiqini çox sevir, belə konsertlərdə həvəslə iştirak edir, bu bəşəri xəzinənin incilərindən böyük zövq alırdı. Səbail Rayon İcra Hakimiyyəti ulu öndərin əziz xatirəsinə səbaillilərin dərin ehtiramının yüksək duyğu-düşüncələrlə ifadə olunması üçün unudulmaz rəhbərin doğum günü ərəfəsində Dövlət Filarmoniyasında məhz belə bir musiqi gecəsi təşkil etmişdir.

 

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun, rayon ictimaiyyəti nümayəndələrinin, Milli Məclis üzvlərinin, tanınmış elm mədəniyyət adamlarının, rayonla qardaşlaşmış ABŞ-ın Nyu-York şəhəri Bruklin inzibati rayonu elçilərinin, media təmsilçilərinin iştirak etdiyi gecədə qeyd olunmuşdur ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94 illiyi  ilə əlaqədar rayonda silsilə tədbirlər davam edir, idarə, müəssisə təşkilatlarda keçirilən rəngarəng anım mərasimlərində ulu öndərin əziz xatirəsi dərin hörmət ehtiramla anılır.

Bildirilmişdir ki, Heydər Əliyevin Azərbaycanda birinci dəfə hakimiyyətə gəldiyi ilk illərdən başlayaraq, onun təşəbbüsü ilə mədəniyyətin bir çox sahələrində kütləviliyə nail olmaq üçün müxtəlif tədbirlər keçirilir, eləcə o vaxtadək kifayət qədər maraq göstərilməyən klassik simfonik musiqini geniş tamaşaçı çevrəsinə sevdirmək məqsədilə rəhbər işçilərin mədəni  elitanın iştirakı ilə vaxtaşırı klassik musiqi gecələri təşkil olunurdu. Dünya Azərbaycan bəstəkarlarının möhtəşəm əsərlərinin səsləndirildiyi bu konsertlərə ulu öndər özü gəlir, çox vaxt isə ailə üzvləri ilə birlikdə iştirak edirdi.

Ümummilli liderin doğum günü ərəfəsində ötən əsrin 70-ci illərindəki klassik musiqi gecələrini bir daha xatirələrdə canlandırmaq ali zövq sahibi Heydər Əliyevin ən çox sevdiyi klassik əsərləri yenidən səsləndirmək üçün tərtib olunmuş mükəmməl konsert proqramı salona toplaşanlara təqdim edilmişdir.

Ulu öndərin bu günlərdə xatirəsi böyük qədirbilənliklə yad olunmuş ömür-gün yoldaşı, görkəmli oftalmoloq Zərifə Əliyevanın səhnədə monitorlarla əks olunmuş iri portretləri fonunda Xalq artisti Rauf Abdullayevin bədii rəhbəri baş dirijoru olduğu Üzeyir Hacıbəyli adına Dövlət Simfonik Orkestri əvvəlcə NiyazininRastsimfonik muğamını əzəmət şövqlə səsləndirmişdir. Sonra Xalq artisti Azər Zeynalov, əməkdar artistlər Zemfira İsmayılova İlham Nəzərov orkestrin müşayəti ilə dünya şöhrətli Azərbaycan bəstəkarları Müslüm Maqomayev,  Fikrət Əmirov, Niyazi, Soltan Hacıbəyov, Tofiq Quliyev Asəf Zeynallının ölməz əsərlərini məharətlə ifa etmişlər.

Mərasim ümummilli lider Heydər Əliyevin xatirəsinə, bağlı olduğu milli bəşəri dəyərlərə səbaillilərin sevgi-sayğılarını ifadə etmişdir.

 

R. TAHİR

 

Xalq qəzeti.- 2017.- 3 may.- S.5.