Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2008-ci il 29
may tarixli 121 nömrəli
qərarı ilə təsdiq edilmiş “Atçılıq sahəsində
dövlət nəzarətinin
həyata keçirilməsi
Qaydası”nda dəyişikliklər
edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin qərarı
¹ 193
Bakı şəhəri,
2 may 2017-ci il
“Atçılıq haqqında”
Azərbaycan Respublikasının
Qanununda dəyişikliklər
edilməsi barədə”
Azərbaycan Respublikasının
2016-cı il 29 noyabr tarixli 425-VQD nömrəli
Qanununun tətbiqi və “Atçılıq
haqqında” Azərbaycan
Respublikası Qanununun
tətbiq edilməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin
2007-ci il 22 may tarixli
580 nömrəli Fərmanında
dəyişikliklər edilməsi
haqqında” Azərbaycan
Respublikası Prezidentinin
2017-ci il 11 yanvar tarixli 1187 nömrəli Fərmanının 1.2-ci bəndinin
icrasını təmin
etmək məqsədi
ilə Azərbaycan Respublikasının Nazirlər
Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2008-ci il 29
may tarixli 121 nömrəli
qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2008, ¹ 5, maddə
444; 2014, ¹ 2, maddə 201, ¹ 7, maddə 942; 2015, ¹ 2, maddə
230) ilə təsdiq edilmiş “Atçılıq
sahəsində dövlət
nəzarətinin həyata
keçirilməsi Qaydası”nda
aşağıdakı dəyişikliklər
edilsin:
1. 2.1-ci bənddən “öz səlahiyyətləri daxilində”
sözləri çıxarılsın.
2. 2.5-ci bənddə “qanunvericiliklə”
sözü “Azərbaycan
Respublikasının qanunları
ilə” sözləri
ilə əvəz edilsin.
3. 2.5-ci bənddən sonra aşağıdakı məzmunda
“Qeyd” əlavə edilsin:
“Qeyd. Bu Qaydada dəyişikliklər Azərbaycan
Respublikası Prezidentinin
2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə
uyğun edilə bilər.”.
Artur Rasi-zadə
Azərbaycan Respublikasının
Baş naziri
Xalq qəzeti.- 2017.- 4
may.- S.7.