“Dövlət torpaq kadastrı,
torpaqların monitorinqi və yerquruluşu ilə bağlı
bəzi normativ hüquqi aktların təsdiq edilməsi
haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin
1999-cu il 7 iyun tarixli 94 nömrəli qərarında dəyişikliklər
edilməsi barədə
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin Qərarı
№ 194
Bakı şəhəri,
3 may 2017-ci il
Azərbaycan
Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli 2197 nömrəli
Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan
Respublikasında daşınmaz əmlakın kadastrı sisteminin
inkişafı, torpaqdan istifadənin və onun mühafizəsinin
səmərəliliyinin artırılmasına dair 2016-2020-ci
illər üçün Dövlət Proqramı”nın həyata
keçirilməsi üzrə Tədbirlər Planının
7.1.8-ci yarımbəndinin icrasını təmin etmək məqsədi
ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti
QƏRARA ALIR:
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli 94
nömrəli qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 1999, № 6, maddə 373, № 11, maddə 654; 2000,
№ 2, maddə 116; 2001, № 1, maddə 70, № 5, maddə 350; 2002, № 11,
maddə 675; 2006, № 11, maddə 994; 2009, № 10, maddə 846; 2015, №
10, maddə 1223, № 11, maddə
1411; 2016, №10, maddə 1708) ilə təsdiq edilmiş “Dövlət
torpaq kadastrının aparılması qaydaları haqqında
Əsasnamə”də aşağıdakı dəyişikliklər
edilsin:
1.
3-cü hissə ləğv edilsin.
2.
4-cü hissə üzrə:
2.1. a)
yarımbəndində “formasından” sözü
“növündən” sözü ilə əvəz edilsin və
həmin yarımbəndə “hesabat verirlər” sözlərindən
əvvəl “kağız və elektron
daşıyıcılarda” sözləri əlavə edilsin;
2.2. b)
yarımbəndinə “hesabatı” sözündən sonra
“kağız və elektron daşıyıcılarda” sözləri
əlavə edilsin və həmin yarımbənddən “,
keyfiyyət” sözü çıxarılsın;
2.3. c)
yarımbəndi üzrə:
2.3.1
“hesabat tərtib edir” sözlərindən əvvəl
“kağız və elektron daşıyıcılarda” sözləri
əlavə edilsin;
2.3.2.
ikinci, üçüncü və dördüncü abzaslar
çıxarılsın;
2.3.3.
birinci abzasın ikinci cümləsi aşağıdakı
redaksiyada verilsin:
“Hesabatlara
ümumi torpaq sahələrinin (o cümlədən,
suvarılan torpaq sahələrinin) kəmiyyəti, keyfiyyəti
və onlarda baş verən dəyişikliklər, onların
növləri, habelə torpaqların mülkiyyətə,
istifadəyə və icarəyə verilməsi haqqında məlumatlar
daxil edilir.”.
3. 5-ci
hissəyə “təsdiq edərək” sözlərindən
sonra “kağız və elektron daşıyıcılarda”
sözləri əlavə edilsin.
Artur
RASİ-ZADƏ
Azərbaycan
Respublikasının Baş naziri
Xalq qəzeti.- 2017.- 5 may.- S.13.