“Vergi ödəyicisinin siyahıya
alınmış əmlakının
satışı məqsədi
ilə elektron hərracın təşkili və keçirilməsi
Qaydaları”nın təsdiq
edilməsi haqqında
Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin Qərarı
№ 196
Bakı şəhəri,
4 may 2017-ci il
“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər
edilməsi haqqında”
Azərbaycan Respublikasının
2016-cı il 16 dekabr tarixli 454-VQD nömrəli
Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq
edilməsi, qüvvəyə
minməsi və bununla bağlı hüquqi tənzimləmə
məsələləri haqqında”
Azərbaycan Respublikası
Qanununun və bu Qanunla təsdiq
edilmiş Azərbaycan
Respublikası Vergi Məcəlləsinin tətbiq
edilməsi barədə”
Azərbaycan Respublikası
Prezidentinin 2000-ci il 30
avqust tarixli 393 nömrəli Fərmanında
dəyişikliklər edilməsi
haqqında” Azərbaycan
Respublikası Prezidentinin
2016-cı il 23 dekabr tarixli 1171 nömrəli Fərmanının 1.1.3-cü yarımbəndinin
icrasını təmin
etmək məqsədi
ilə Azərbaycan Respublikasının Nazirlər
Kabineti QƏRARA ALIR:
“Vergi ödəyicisinin
siyahıya alınmış
əmlakının satışı
məqsədi ilə elektron hərracın təşkili və keçirilməsi Qaydaları”
təsdiq edilsin (əlavə olunur).
Artur RASİ-ZADƏ
Azərbaycan Respublikasının Baş
naziri
Qeyd: Qərara edilmiş
əlavələrin tam mətni
ilə www.cabmin.gov.az və
www.xalqqazeti.com saytlarında
tanış
ola bilərsiniz.
Xalq qəzeti.- 2017.- 5
may.- S.13.