Milli Kitabxanada ulu öndərə

həsr olunmuş kitab sərgisi

 

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə   Milli Kitabxanada   “Azərbaycanın özü qədər əbədi olan şəxsiyyəti – Heydər Əliyev” adlı geniş kitab sərgisi açılmışdır.

 

Səginin açılış mərasimində  çıxış edən Milli Kitabxananın direktoru, professor Kərim Tahirov ulu öndərin həyat yoluna nəzər salmış, müstəqil Azərbaycanın memarının ölkənin inkişafı yolunda əvəzsiz xidmətlərindən danışmışdır. O, respublikanın tənəzzülə uğradığı bir vaxtda hakimiyyətə gələn dahi şəxsiyyətin dövlətçilik təcrübəsindən, hakimiyyəti müddətində vaxt ayırıb 4 dəfə Milli Kitabxanaya səfər etməsindən, bu gün ümummilli liderin məqsədyönlü siyasətinin davamçısı olan Prezident  İlham Əliyevin müstəqil Azərbaycanı daha da çiçəkləndirməsindən,  həyata keçirdiyi davamlı islahatlardan  söhbət açmışdır.

Milli Kitabxananın direktor müavinləri – Ədibə İsmayılova və Mələkxanım Hacıyeva  ümummilli liderin şərəfli ömür yolundan, siyasi, iqtisadi, ictimai həyatın bütün sahələrində gördüyü işlərdən, əldə olunan nailiyyətlərdən danışmışlar.

Sonra  iştirtakçılar ümummilli liderin  həyat və siyasi fəaliyyətini əks etdirən, Azərbaycan  xarici dillərdə nəşr edilən 200 adda  ədəbiyyatı əhatə edən   kitab sərgisi ilə tanış olmuşlar.

 

M. Mükərrəmoğlu

 

Xalq qəzeti.- 2017.- 11 may.- S.15.