“Su mühafizə
zonalarında və sahil mühafizə zolaqlarında balıq və digər su bioresurslarının xüsusi mühafizə rejiminin tətbiq edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin qərarı
№ 205
Bakı şəhəri,
12 may 2017-ci il
“Balıqçılıq haqqında”
Azərbaycan Respublikasının
Qanununda dəyişikliklər
edilməsi barədə”
Azərbaycan Respublikasının
2014-cü il 27 iyun tarixli 1015-IVQD nömrəli
Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin
2014-cü il 11 avqust tarixli 243 nömrəli Fərmanının 1.10-cu bəndinin
icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti
QƏRARA ALIR:
“Su mühafizə zonalarında
və sahil mühafizə zolaqlarında
balıq və digər su bioresurslarının
xüsusi mühafizə
rejiminin tətbiq edilməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).
Artur Rasi-zadə
Azərbaycan Respublikasının Baş
naziri
Xalq qazeti.- 2017.- 13
may.- S.6.