“Nəqliyyat vasitələri sürücülərinin
hazırlanması və
onların ixtisasının
artırılması kursları
haqqında Əsasnamənin
və Nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük
vəsiqəsi almaq istəyən şəxslərdən
imtahanların qəbul
edilməsi və onlara sürücülük
vəsiqəsinin verilməsi
qaydaları haqqında
Əsasnamənin təsdiq
edilməsi barədə”
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
1999-cu il 15 mart tarixli
41 nömrəli qərarında
dəyişiklik edilməsi
haqqında
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin qərarı
¹ 207
Bakı şəhəri,
17 may 2017-ci il
“Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişikliklər edilməsi
barədə” Azərbaycan
Respublikasının 2016-cı il 16 dekabr tarixli
469-VQD nömrəli Qanununun
tətbiqi haqqında”
Azərbaycan Respublikası
Prezidentinin 2017-ci il 3 fevral tarixli 1225 nömrəli Fərmanının
1.2-ci bəndinin icrasını
təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti
QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 1999-cu il 15
mart tarixli 41 nömrəli
qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 1999, ¹ 3, maddə
197; 2003, ¹ 6, maddə 342; 2006, ¹ 9, maddə 822, ¹ 11, maddə
989; 2008, ¹ 2, maddələr 116, 125, ¹ 9, maddə 853, ¹ 10, maddə
928; 2009, ¹ 6, maddə 491; 2010, ¹ 8, maddə 764; 2011, ¹ 6, maddə
566; 2012, ¹ 1, maddə 36, ¹ 5, maddə 488, ¹ 12, maddə
1352; 2013, ¹ 5, maddə 576, ¹ 7, maddə 876, ¹ 8, maddə
998, ¹ 10, maddə 1211, ¹ 11, maddə
1463; 2016, ¹ 4, maddə 778, ¹ 5, maddə 965; 2017, ¹ 2, maddələr
276, 299) ilə təsdiq
edilmiş “Nəqliyyat
vasitələri sürücülərinin
hazırlanması və
onların ixtisasının
artırılması kursları
haqqında Əsasnamə”nin
1.3-cü bəndinin birinci
cümləsi aşağıdakı
redaksiyada verilsin:
“Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə beynəlxalq və ölkədaxili sərnişin
və yük daşımalarını yerinə
yetirən sürücülər
Azərbaycan Respublikasının
Nazirlər Kabineti tərəfindən peşə
fəaliyyətinə və
davranışına, habelə
iş və istirahət rejiminin xüsusiyyətlərinə dair
təsdiq edilmiş xüsusi proqram üzrə hazırlıq
keçməli, habelə
avtomobil nəqliyyatı
ilə yük və sərnişin daşımalarını tənzimləyən
normativ hüquqi aktlar barədə zəruri biliklərə malik olmalıdırlar.”.
Yaqub Eyyubov
Azərbaycan Respublikası
Baş nazirinin birinci müavini
Xalq qəzeti.- 2017.-
18 may.- S.9.