Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmişAvtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı

 

¹ 208

Bakı şəhəri, 17 may 2017-ci il

 

Avtomobil nəqliyyatı haqqındaAzərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədəAzərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli 469-VQD nömrəli Qanununun tətbiqi haqqındaAzərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 fevral tarixli 1225 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, ¹ 4, maddə 270; 2016, ¹ 4, maddələr 803, 813; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 25 aprel tarixli 165 nömrəli qərarı) ilə təsdiq edilmişAvtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na 3 nömrəli əlavə - “İxtisas məlumatlarının nümunəvi forması”nın 4-cü hissəsindəpeşə fəaliyyətinə davranışına dair xüsusi proqramsözləriAzərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən peşə fəaliyyətinə davranışına, habelə istirahət rejiminin xüsusiyyətlərinə dair təsdiq olunmuş xüsusi proqramsözləri ilə əvəz edilsin.

 

Yaqub Eyyubov

Azərbaycan Respublikası

Baş nazirinin birinci müavini

 

Xalq qəzeti.- 2017.- 18 may.- S.9.