Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2009-cu il 17 sentyabr tarixli 141 nömrəli qərarı
ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nda dəyişiklik
edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin qərarı
¹ 209
Bakı şəhəri,
17 may 2017-ci il
“Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişikliklər edilməsi
barədə” Azərbaycan
Respublikasının 2016-cı il 16 dekabr tarixli
469-VQD nömrəli Qanununun
tətbiqi haqqında”
Azərbaycan Respublikası
Prezidentinin 2017-ci il 3 fevral tarixli 1225 nömrəli Fərmanının
1.2-ci bəndinin icrasını
təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti
QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2009-cu il 17 sentyabr tarixli 141 nömrəli qərarı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2009, ¹ 9, maddə 745; 2010, ¹ 11, maddə 1041, ¹ 12, maddə
1125; 2011, ¹ 4, maddə 372; 2013, ¹ 8, maddə 1025, ¹ 12, maddə
1629; 2014, ¹ 7, maddə 945, ¹ 8, maddə 1014; 2016, ¹ 2 (II kitab),
maddə 354, ¹ 3, maddə
592, ¹ 4, maddələr 779, 804, 817, ¹ 5, maddə 964; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 11 aprel tarixli 146 nömrəli və 25 aprel tarixli 166 nömrəli qərarları)
ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nın 3.3-cü bəndinin
birinci cümləsi aşağıdakı redaksiyada
verilsin:
“Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə beynəlxalq və ölkədaxili sərnişin
daşımalarını yerinə
yetirən sürücülər
Azərbaycan Respublikasının
Nazirlər Kabineti tərəfindən peşə
fəaliyyətinə və
davranışına, habelə
iş və istirahət rejiminin xüsusiyyətlərinə dair
təsdiq edilmiş xüsusi proqram üzrə hazırlıq
keçməli, habelə
avtomobil nəqliyyatı
ilə sərnişin
daşımalarını tənzimləyən
normativ hüquqi aktlar barədə zəruri biliklərə malik olmalıdırlar.”.
Yaqub Eyyubov
Azərbaycan Respublikası
Baş nazirinin birinci müavini
Xalq qəzeti.- 2017.- 18
may.- S.9.