“Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının
artırılması kursları haqqında Əsasnamənin və Nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi
almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük
vəsiqəsinin verilməsi
qaydaları haqqında
Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin
1999-cu il 15
mart tarixli 41 nömrəli
qərarında dəyişikliklər
edilməsi haqqında
Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin qərarı
¹ 211
Bakı şəhəri,
17 may 2017-ci il
“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişikliklər edilməsi
barədə” Azərbaycan
Respublikasının 2016-cı il 11 noyabr tarixli
407-VQD nömrəli Qanununun
tətbiqi haqqında”
Azərbaycan Respublikası
Prezidentinin 2016-cı il
18 noyabr tarixli 2450 nömrəli Sərəncamının
1.2-ci bəndinin icrasını
təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti
QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 1999-cu il 15 mart tarixli 41 nömrəli qərarı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
1999, ¹ 3, maddə 197; 2003, ¹ 6, maddə 342; 2006, ¹ 9, maddə
822, ¹ 11, maddə 989; 2008, ¹ 2, maddələr 116, 125, ¹ 9, maddə
853, ¹ 10, maddə 928; 2009, ¹ 6, maddə 491; 2010, ¹ 8, maddə
764; 2011, ¹ 6, maddə 566; 2012, ¹ 1, maddə 36, ¹ 5, maddə
488, ¹ 12, maddə 1352; 2013, ¹ 5, maddə 576, ¹ 7, maddə
876, ¹ 8, maddə 998, ¹ 10, maddə
1211, ¹ 11, maddə 1463; 2016, ¹ 4, maddə 778, ¹ 5, maddə
965; 2017, ¹ 2, maddələr 276, 299) ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük
vəsiqəsi almaq istəyən şəxslərdən
imtahanların qəbul
edilməsi və onlara sürücülük
vəsiqəsinin verilməsi
qaydaları haqqında
Əsasnamə”də aşağıdakı
dəyişikliklər edilsin:
1. 3.10-cu bəndin “Qeyd”i ləğv edilsin.
2.
3.15-3.2-ci yarımbəndə “olmaqla)” sözündən
sonra “, habelə bu Əsasnamənin
3.15-5-ci və 3.15-6-cı bəndlərində
nəzərdə tutulmuş
hallarda xarici dövlətin səlahiyyətli
orqanı tərəfindən
verilmiş sürücülük
vəsiqəsi” sözləri
əlavə edilsin.
3.
3.15-3.4-cü yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli
vergül işarəsi
ilə əvəz edilsin və aşağıdakı məzmunda
3.15-3.5-ci yarımbənd əlavə
edilsin:
“3.15-3.5. Azərbaycan Respublikasında
müvəqqəti və
ya daimi yaşamaq üçün
icazə almış əcnəbi və ya vətəndaşlığı
olmayan şəxs sürücülük vəsiqəsini
dəyişdirdikdə, həmin
icazənin notarial qaydada təsdiq edilmiş surəti.”.
Yaqub Eyyubov,
Azərbaycan Respublikası
Baş nazirinin birinci müavini
Xalq qəzeti.- 2017.- 19
may.- S.8.