“Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə
görə işləmək
üçün əlverişli
olmayan iş yerlərində çalışan
işçilərin əməkhaqqının yüksək məbləğdə
ödənilməsini təmin edən artımların
(əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 22 avqust tarixli 137 nömrəli qərarında dəyişikliklər
edilməsi barədə
Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin Qərarı
¹ 212
Bakı şəhəri,
17 may 2017-ci il
Azərbaycan Respublikası Konstitusiyasının
119-cu maddəsinin səkkizinci
abzasını rəhbər
tutaraq Azərbaycan Respublikasının Nazirlər
Kabineti QƏRARA ALIR:
“Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək
üçün əlverişli
olmayan iş yerlərində çalışan
işçilərin əməkhaqqının
yüksək məbləğdə
ödənilməsini təmin
edən artımların
(əmsalların) məbləğinin
minimum miqdarının müəyyən
edilməsi haqqında”
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 2002-ci il 22 avqust tarixli 137 nömrəli qərarında
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2002, ¹ 8, maddə 548; 2003, ¹ 4, maddə 225, ¹ 7, maddə
392, ¹ 10, maddə 616; 2004, ¹ 5, maddə 379; 2005, ¹ 9, maddə
853; 2007, ¹ 2, maddə 191; 2008, ¹ 2, maddələr 104, 112, ¹ 6, maddə
584, ¹ 8, maddə 788; 2010, ¹ 4, maddə 361, ¹ 6, maddə
566; 2012, ¹ 3, maddə 265; 2013, ¹ 6, maddə
728, ¹ 8, maddə 1035; 2014, ¹ 6, maddə 728; 2015, ¹ 4,
maddə 461, ¹ 10, maddə 1217, ¹
11, maddə
1418) aşağıdakı dəyişikliklər edilsin:
1. 1 nömrəli əlavə
– “Azərbaycan Respublikasında
dəniz səviyyəsindən
1500 metrdən 2000 metrədək
və 2000 metrdən artıq yüksəklikdə
yerləşən yaşayış
məntəqələrinin Siyahısı”nın “1500 metrdən
2000 metrədək” sütununun
“Goranboy rayonu” bölməsinə “Buzluq
k.” sətrindən sonra “Yuxarı Ağcakənd kəndi” sətri əlavə edilsin.
2. 2 nömrəli əlavə
– “Azərbaycan Respublikasında
dəniz səviyyəsindən
1200 metrdən 1500 metrədək
yüksəklikdə yerləşən
yaşayış məntəqələrinin
Siyahısı” üzrə:
2.1. “Goranboy rayonu” bölməsinə “Rus Borisi k.” sətrindən sonra “Erkeç kəndi”, “Mənəşli
kəndi” və “Todan kəndi” sətirləri, “Quba rayonu” bölməsinə
“Muçu kəndi” sətrindən
sonra “Afurca kəndi”, “Atuc kəndi”, “Güləzi kəndi”, “Dalaqo kəndi”, “Ruçuq kəndi”, “Ördüc kəndi” və “Xırt kəndi” sətirləri,
“Göygöl rayonu” bölməsinə “Qarabulaq
kəndi” sətrindən
sonra “Quşçu kəndi” sətri əlavə edilsin;
2.2. “Yardımlı rayonu” bölməsində “Daşkənd
k.” sözləri “Yardımlı
şəhər ərazisinin
Daşkənd hissəsi”
sözləri ilə əvəz edilsin.
Yaqub Eyyubov,
Azərbaycan Respublikası
Baş nazirinin birinci müavini
Xalq qəzeti.- 2017.- 19
may.- S.8.