Sabirabad: məqsədə çatmaq

istəyi məsuliyyət hissini artırır

 

Hər dəfə Sabirabada yolumuz düşəndə diqqətimizi birinci növbədə rayon mərkəzinin son illərdə simasını tamamilə dəyişərək gözəlləşməsi cəlb edir. Buna son illərdə rayonda olanlar şahidlik edə bilər. Burada olmayanlara isə cəsarətlə “Sabirabadın gözəlliyini öz gözlərinlə gör” deyə bilərik. Təbii ki, Sabirabad şəhərinin, eləcə də onun kəndlərinin son zamanlar simasını dəyişməsinin, müasirləşməsinin səbəbi ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan sosial-iqtisadi siyasət, onun imzası ilə bir-birinin ardınca icraya yönəldilmiş regionların sosial-iqtisadi inkişafı proqramlarıdır. Hansı rayonda bu proqramların icrasına yüksək məsuliyyət və əsl vətəndaş cavabdehliyi ilə yanaşılırsa, görülən işlərin nəticəsi də ürəkaçan olur. BizSabirabadda məhz regionların sosial-iqtisadi inkişafı proqramlarının nəticəsi olaraq ortaya çıxmış göz oxşayan, ürəkaçan nailiyyətləri görüb bu barədə oxucularımıza daha ətraflı məlumat vermək istədik.

 

Davamlı inkişaf

 

Bəri başdan qeyd edək ki, regionların inkişafı həmişə dövlətimizin diqqət mərkəzində olub. Bu gün də belədir. Bu il yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında, eləcə də 2017-ci ilin birinci rübünün yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağında bu barədə geniş söhbət açılmış, rayon rəhbərləri qarşısında mühüm vəzifələr qoyulmuşdur. Prezident bildirmişdir ki, ötən il dünyada və yaşadığımız regionda sabitliyin pozulmasına və iqtisadi inkişafla bağlı vəziyyətin ağırlaşmasına baxmayaraq ölkədə inamlı inkişaf davam etdirilmiş, qarşıda duran əsas vəzifələr yerinə yetirilmiş, əhalinin rifahı yüksəlmişdir. Bu fikirlər, təbii ki, Sabirabada da aiddir.

2016-cı ildə və 2017-ci ilin birinci rübündə bütün respublikada olduğu kimi, Sabirabad rayonunda da iqtisadiyyatın bütün sahələrində uğurlar qazanılmış, sosial obyektlərin tikintisi, sənaye və kənd təsərrüfatının inkişafı davam etmişdir. 2015-ci illə müqayisədə 2016-cı ildə istehsal olunan məhsulun həcmi 23,2 faiz, tikinti-quraşdırma işləri 2,1 dəfə, sənaye məhsulu 30,8 faiz, rabitə xidməti 4,5 faiz, nəqliyyat xidməti 11,9 faiz, pərakəndə əmtəə dövriyyəsi 3,1 faiz çox olmuşdur. Əsas kapitala yönəldilən investisiya 76 milyon 912 min manat təşkil etmişdir. Adambaşına düşən pul gəlirləri, orta aylıq əmək haqqı əvvəlki ilə nisbətən artmışdır.

2016-cı il üçün rayon büdcəsi 25 milyon 809 min manat məbləğində proqnozlaşdırılmış, büdcənin mədaxil hissəsinin proqnozuna dövlət tərəfindən qoyulan investisiyalar hesabına 36 milyon 898 min manatya 143,0 faiz əməl edilmişdir. Yerli gəlirlər 11 milyon 882 min manat təşkil etməklə nəzərdə tutulduğundan 1 milyon 564 min manatya 15,2 faiz çox olmuşdur. Ölkə başçısının tapşırığına uyğun olaraq 2017-ci ildən etibarən rayon yerli xərclərdən maliyyələşməklə respublika büdcəsindən dotasiya almayacaqdır.

Prezident İlham Əliyevin “Sabirabad şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında” 19 sentyabr 2016-cı il tarixli sərəncamına əsasən rayona ayrılmış 3 milyon manat vəsait hesabına şəhərin prospekt və küçələrində, sənaye zonasında 25 müxtəlif mərtəbəli binaların əsaslı təmirinə başlanılmışdır. Əlavə 6 binada həmin işlərin görülməsi nəzərdə tutulur. Bundan əlavə, keçən il 27 ictimai yaşayış binasında cari təmir işləri görülmüşdür. Ötən müddətdə rayon icra hakimiyyətinin inzibati binası əsaslı təmir olunmuş, Sabir parkında yenidənqurma işləri aparılaraq fəvvarə quraşdırılmışdır.

 

Əhalinin məşğulluğunu təmin etmək məqsədilə, ölkə başçısının göstərişinə əsasən, hesabat ilində rayonda abadlıq və təmizlik işlərində 150 nəfər, çoxmənzilli binaların təmirində 236 nəfər, rayon üzrə 8 təşkilatda 398, cəmi 784 nəfər işlə təmin olunmuşdur. 2017-ci ilin birinci rübündə isə rayonda quruculuq və abadlıq işlərində 162 nəfər, çoxmənzilli binaların təmirində 254 nəfər, idarə və müəssisələrdə ümumilikdə 805 nəfər işlə təmin olunmuşdur. Bundan başqa, cari ilin birinci rübündə 73 yeni müəssisə yaradılmış, orada 2110 yeri açılmışdır ki, bunun 2080-i daimi, 30-u isə müvəqqəti yerləridir. Ötən ilin eyni dövrü ilə müqayisədə yerləri 2 dəfə artmışdır.

Axtaçı Muğan kəndində “MKT-Sabirabad” pambıq zavodunun fəaliyyətinin bərpa olunması, Nizami kəndində “CTS AqroMMC-nin pambıq qəbulu məntəqəsinin genişləndirilməsi hesabına həmin müəssisələrdə 300 nəfərdən çox, uzun illər fəaliyyətsiz qalmış “Sabirabad Dəmir BetonASC-nin işə salınması hesabına 50 nəfər işlə təmin edilmişdir. Hazırda Mərkəzi xəstəxananın, həmçinin Nizami kəndi ərazisində ildə 200 milyon ədəd yumurta, 1000 ton quş əti istehsal edəcək və 300 nəfərin daimi yeri ilə təmin olunması nəzərdə tutulan quşçuluq kompleksinin tikintisində 200 nəfərdən çox işçi çalışır.

Rayonda kiçikorta sahibkarlığın daha da inkişaf etdirilməsi məqsədilə 2016-cı ildə 60 layihənin həyata keçirilməsi üçün Sahibkarlığa Kömək Milli Fondu tərəfindən adamlarına və sahibkarlara 784 min 100 manat güzəştli kredit verilmişbunun nəticəsində 157 nəfər işlə təmin olunmuşdur. Ümumiyyətlə, 2016-cı ildə rayonda 48 yeni müəssisə və təşkilat yaradılmış, 2897-si daimi olmaqla 3080 yeri açılmışdır.

Ötən il sosial təyinatlı layihələrin icrası istiqamətində də xeyli işlər görülmüşdür. Prezidentin 16 dekabr 2014-cü il tarixli sərəncamı ilə 20 min nəfər əhalinin yaşadığı, 10 yaşayış məntəqəsini birləşdirən, uzunluğu 43 km olan Suqovuşan-Məmişlər-Qaralar-Qəfərli-Əhmədabad-Nərimankənd-Həşimxanlı avtomobil yolunun tikintisinə başlanılmış, indiyə qədər 35,8 km kəndarası yollar əsaslı təmir olunmaqla işlər davam etdirilir.

 

Kənd təsərrüfatı güclənir

 

Prezident İlham Əliyev 26 yanvar 2016-cı ildə “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfrasda aqrar sahənin inkişafı, torpaqlardan istifadənin səmərəliyinin artırılması ilə bağlı digər qurumlarla yanaşı yerli icra orqanları qarşısında da ciddi vəzifələr qoymuşdur. Bu məqsədlə ölkəyə valyuta gətirən sahələrə o, cümlədən Sabirabad rayonu üçün ənənəvi sahə olan pambıqçılıq və baramaçılığa dövlət dəstəyinin artırılması, kənd təsərrüfatı istehsalçılarına vergi güzəştlərinin tətbiqinin davam etdirilməsi, yardım və subsidiyanın verilməsi, texnika və gübrələrin alınmasına əvvəlki illərlə müqayisədə daha çox vəsait ayrılması bu sahədə əsaslı dönüş yaratmışdır. Bunun nəticəsidir ki, 2016-cı ildə rayondə kənd təsərrüfatı üzrə məhsul istehsalı əvvəlki illə müqayisədə 12,1 milyon manatya 6,1 faiz artaraq 213,2 milyon manata çatmışdır.

Keçən ilin məhsulu üçün 24362 hektar sahədə taxıl, o cümlədən, 13719 hektar buğda, 10643 hektar arpa əkilmişdir. Həmin sahələrdən 92540 ton taxıl istehsal edilmişdir ki, bunun 54864 tonu buğda, 37676 tonu isə arpa olmuşdur. Hər hektardan ümumi məhsuldarlıq 38 sentner, buğdanın məhsuldarlığı isə hər hektardan 40 sentner təşkil etməklə 2015-ci illə müqayisədə taxıl istehsalı 7224 tonya 7,8 faiz artmışdır. 2017-ci ilin məhsulu üçün 24475 hektar taxıl, o cümlədən 13849 hektar buğda, 10626  hektar arpa əkilmişdir ki, bu da əvvəlki ildəkindən 113 hektar çoxdur.

Ötən il 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə kartof, tərəvəz və bostan məhsulları istehsalı da xeyli artmışdır.

 

Pambıqçılıq ayrıca  diqqət tələb edir

 

17 sentyabr 2016-cı ildə Prezident İlham Əliyev Sabirabad rayonuna səfər etmiş, Sosialist Əməyi Qəhrəmanı, Prezident təqaüdçüsü Fatma Hüseynovanın pambıq sahəsi ilə tanış olmuş, rayonun Mədəniyyət Mərkəzində pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsi keçirmişdir. Müşavirədə pambıqçılıqla bağlı aidiyyatı nazirliklərin rəhbərləri, pambıq əkini ilə məşğul olan 24 rayonun icra hakimiyyətinin başçıları, şirkət nümayəndələri və sahibkarlar iştirak etmişlər. Prezidentin müşavirədəki çıxışı və tövsiyələri bu sahənin inkişafı üçün mühüm təkan olmuşdur. Ölkə başçısı həmin müşavirədə demişdir: “Bu gün, doğrudan da, müasir ölkəmizin tarixində əlamətdar gün kimi qalacaq. Çünki biz bu gün pambıqçılığın şöhrətini bərpa edirik”.

Respublikada pambıqçılığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi, bu sahənin potensial imkanlarından səmərəli istifadə edilməsi, pambıq istehsalına əhalinin marağının artırılması və insanların sosial rifahının daha da yaxşılaşdırılması məqsədilə ölkə başçısı “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dövlət dəstəyi haqqında” müvafiq sərəncam imzalamışdır. Sərəncama əsasən, 2016-cı ildə emal müəssisələrinə satılmış hər kiloqram xam pambığa görə məhsul istehsalçılarına 0,1 manat subsidiya verilməsi nəzərdə tutulmuşdur. Keçən il rayon üzrə cəmi 6084 hektar sahədə, o cümlədən 3556 hektar “ÇTS Aqro” MMC, 2413 hektar “MKT Sabir-abad” filialı, 15 hektarŞamo” MMC tərəfindən pambıq əkilmiş, 7,7 min ton kondisiya çəkidə xam pambıq tədarük edilmişdir. 2016-cı ildə pambıq əkini sahələrinin və məhsul istehsalının həcmi ötən illə müqayisədə 4 dəfədən çox artmışdır. Hazırda təhvil verilmiş pambığa görə subsidiyaların verilməsi üçün sənədləşmə işləri yekunlaşmış və aidiyyatı üzrə Kənd Təsərrüfatı Nazirliyinə təqdim edilmişdir.

Keçən il Həşimxanlı kəndi hər hektardan 25,06 sentner, Şəhriyar kəndi 20,31 sentner, Əhmədabad kəndi 19,30 sentner məhsul tədarük etmişdir. Rayonda pambıqçılığın genişləndirilməsi minlərlə insanın məşğulluğunu təmin edərək onlara xeyli qazanc gətirmişdir. Lakin keçən il bir sıra obyektivsubyektiv səbəbələrdən pambıqçılıqda məhsuldarlıq aşağı olmuşdur. Aparılmış təhlillər göstərmişdir ki, səpiçi-becəriçi texnikaların çatışmazlığı pambığın optimal müddətdə aqrotexniki qaydada əkilib-becərilməsinə, ziyanvericilərə qarşı mübarizə aparılmasına imkan verməmişdir. Pambıq yığan kombaynların çatışmaması səbəbindən məhsulun 87 faizi əl ilə toplanmışdır. Mövcud çətinliklərlə yanaşı, havaların da əlverişsiz keçməsi nəticəsində rayon üzrə hər hektardan nəzərdə tutulduğundan az məhsul götürülmüşdür. Bütün bunlar cari ildə pambıq əkininə ciddi hazırlaşmağı, keçən ilin nəticələrini təhlil edərək buraxılan nöqsanların təkrarlanmamasına yönəldilən tədbirlər görülməsini tələb edir. Azərbaycan Respublikası Prezidenti Adminisitrasiyası rəhbərinin sərəncamı ilə “2017-ci ildə pambıq istehsalının təşkili ilə bağlı Tədbirlər Planı” təsdiq olunmuş, burada hər işin adı, təşkili üçün məsul qurumlar göstərilmişdir. İndi rayon rəhbərliyi həmin işlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini təmin etməyə çalışır.

 

Baramaçılıq və digər məhsullar...

 

Baramaçılıgın inkişafı da diqqət mərkəzindədir. 2016-cı ildə 3 tona qarşı rayonda 3075 kq barama istehsal edilmiş, gələcəkdə bu sahənin daha da inkişafı istiqamətində işlər aparılır. Ötən il 8 kənd inzibati ərazi dairəsində (Nizami, Ulacalı, Quruzma, Kürkəndi, Qasımbəyli, Yolçubəyli, Qalağayın və Qaragüney) 62,5 min, o cümlədən, Cindən ölkəyə gətirilmiş 60 min ədəd tut tinginin əkini aparılmışdır. Keçən il barama istehsalında gümçülərdən Nizami kəndindən Teymur Bəhramov (325 kq), Qaragüney kəndindən Kərim Fətişov (136 kq), Qasımbəyli kəndindən Əhsən Sultanov (107 kq), Cavad kəndindən Mikayıl İsmayılov (102 kq) fərqlənmişlər.

Fərdi təsərrüfatlarda əvvəlki illə müqayisədə 1280 ton çox, cəmi 18300 ton nar və digər meyvələr istehsal edilmişdir. Ölkədə yaradılmış əlverişli şərait nəticəsində istehsal olunmuş nar, xurma və digər məhsulların daxili bazarla yanaşı, ölkə hüdudlarından kənarda da satışına nail olunmuşdur.

Rayonun Bulaqlı kəndində fəaliyyət göstərən İstixana kompleksində istehsal edilən 900 ton pomidorxiyar məhsullarının hamısı respublikadan kənara ixrac edilmişdir. Istixanada 80-100 nəfər işləməklə onların orta aylıq əmək haqqı 250 manat təşkil etmişdir.

Sahənin yüksək rentabelli olması gələcəkdə belə komplekslərin genişləndirilməsi istiqamətində işlərin aparılmasına imkan yaratmışdır. Hazırda Qaratəpə kəndındə İbrahim İsmayılov tərəfindən 2 hektar istixana kompleksinin tikintisinə başlanılmışdır.

Rayonda heyvanların cins tərkibinin yaxşılaşdırılması, mal-qaranın məhsuldarlığının artırılması, quşçuluğun inkişaf etdirilməsi, baytarlıq xidmətinin yüksəldilməsi, yem bazasının möhkəmləndirilməsi də diqqət mərkəzində olmuşdur.

Nizami kəndi ərazisində ildə 200 milyon ədəd yumurta, 1000 ton quş əti istehsal edəcək və 300 nəfərin daimi yeri ilə təmin olunması nəzərdə tutulan quşçuluq kompleksinin tikintisi sürətlə aparılır.

Bağçılıq da inkişaf etdirilir. Salmanlı kəndində 78 hektar sahədə üzüm bağı salınmış, əlavə 52 hektarda yeni üzüm sortlarının əkilməsi üçün hazırlıq işləri aparılır. Surra, Cavad, Yolçubəyli, Qasımbəyli, Azadkənd, Qaratəpə kəndlərində 22 hektarda nar, 78 hektarda isə müxtəlif meyvə ağacları əkilmişdir. Qaratəpə kəndində sahibkar tərəfindən 2 hektar sahədə istixana tikilir.

Əkinçiliyin inkişafında torpaqların suvarılması və meliorasiya işlərinin aparılması üçün əlaqədar təşkilatlar tərəfindən 1401 km uzunluqda su kanalları, 424,5 km dren-kollektor şəbəkəsi lildən təmizlənmişdir. Ölkə başçısının tapşırığına əsasən, rayonun Moranlı, Sarxanbəyli, Bala Həşimxanlı və Əliləmbəyli kəndlərinin əkin sahələrinin su təminatının yaxşılaşdırılması üçün “H” kanalının çəkilişi davam etdirilməklə bu nəhəng tikintinin cari ildə başa çatdırılması nəzərdə tutulur. Layihənin tam icrası 11 min 498 hektar sahənin su təchizatının yaxşılaşdırılmasına imkan yaradacaqdır.

Bundan əlavə SabirabadSalyan rayonlarında yerləşən qış otlaqlarında meliorativ tədbirlərin həyata keçirilməsi nəticəsində 15 min 900  hektar sahənin əkin dövriyyəsinə qatılması nəzərdə tutulur.

 

Sosial problemlər  həll olunur

 

Əhalini dayanıqlı elektrik enerjisi ilə təmin etmək məqsədilə müəyyən tədbirlər həyata keçirilir. Bir sıra kəndlərdə istismara yararsız dayaqlar yenisi ilə əvəz olunmaqla “SİP” kabel çəkilmiş, “Smartkart tipli sayğaclar quraşdırılaraq elektrik təsərrüfatında yenidənqurma işləri aparılmışdır. Hazırda bu işlər Şəhriyar, Qaralar, Nərimankənd, Məmişlər, Bulduq, Qaragüney və Mürsəlli kəndlərində davam etdirilir. Hesabat dövründə “Azərişıq” ASC tərəfindən şəhərdə və 9 kənddə 28 yeni və 87 əsaslı təmir olunmuş transfarmator yarımstansiyası qurulmuşdur.

Əhalinin təbii qazla təminatını yaxşılaşdırmaq məqsədilə xeyli işlər görülmüşdir. Hazırda rayon mərkəzinə və 57 kəndə təbii qaz verilir. 3 kənddə (Yolçubəyli, Zəngənə və Qasımbəyli) qazlaşdırılma işləri aparılır. Digər kəndlərə də qaz çəklişi nəzərdə tutulmuşdur. 2016-cı ildə təbii qaz alan abonentlərin sayı 27811-ə çatmışdır.

Sabirabad şəhərinin içməli su ilə təminatını yaxşılaşdırmaq məqsədilə magistral su xəttinin çəkilişi başa çatdırılmış, 6350 abonentdən 5100 abonentə standartlara cavab verən içməli su verilir. İçməli suyun dəqiq uçotunun aparılması və su itkisinin qarşısının alınması üçün 1500 ədəd sayğac quraşdırılmışdır.

Kənd yerlərində yaşayan əhalini də içməli su ilə təmin etmək məqsədi ilə 49 kənddə modul tipli sudurulducu qurğu quraşdırılmış, dıgər kəndlərdə də bu tipli qurğuların tikintisi nəzərdə tutulmuşdur.

 

Təhsil və səhiyyəyə qayğı ilə yanaşılır

 

Təhsil və məktəbəqədər tərbiyə müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsinə xüsusi qaygı ilə yanaşılır. Keçən il 432 şagird yerlik Moranlı kənd tam orta məktəbinin tikintisi başa çatdırılmış, 360 şagird yerlik Yaxa Dəllək kənd tam orta məktəbinin tikintisi davam etdirilmiş, 1176 şagird yerlik Qaratəpə kənd tam orta məktəbində əsaslı təmir işlərinə başlanılmışdır. 140 yerlik 1 saylı şəhər uşaq bağçası yenidən qurulmuş, Ulacalı kəndində 20 yerlik uşaq bağçası inşa olunmuş, 40 yerlik Qaraağac kənd uşaq bağçasında isə təmir işləri davam etdirilir.

2016-cı ildə rayon üzrə orta məktəblərdə XI sinifi bitirmiş 1731 məzundan 563 nəfəri ali məktəblərə sənəd vermiş, 315 məzun qəbul olunmuşdur. Ali məktəbə qəbul olunanlardan 13 nəfəri 600-dən, 35 nəfəri 500-dən çox bal toplamışdır. 682 balla Nəriman Nərimanov adına Tibb Universitetinə daxil olan Nizami Gəncəvi adına 5 saylı şəhər tam orta məktəbinin məzunu Bibixanım Mirzəyeva Prezident təqaüdünə layiq görülmüşdür.

Təhsilə dövlət qayğısının bariz nümunələrindən biri də ümumtəhsil məktəblərində 5 yaşlı uşaqların məktəbə hazırlığının dövlət hesabına təşkilidir. Hazırda rayonun 62 məktəbində 96 qrup təşkil olunmaqla həmin qruplara 1677 nəfər 5 yaşlı uşaq cəlb edilmişdir. “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində ötən il tur-aksiyada rayonun 41 məktəblisi iştirak etmiş, onlar Qəbələ, Şəki və Zaqatala rayonlarının füsünkar təbiəti, tarixi, iqtisadiyyatı və mədəniyyəti ilə yaxından tanış olmuşlar.

Əhaliyə göstərilən səhiyyə xidmətinin yaxşılaşdırılması, onun maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə bir sıra işlər görülür. Ölkə başçısının göstərişi ilə 205 çarpayılıq xəstəxana binasının tikintisində işlər xeyli sürətlənmiş və xəstəxananın cari ildə istifadəyə verilməsi nəzərdə tutulmuşdur. Son illər rayonun Bulaqlı, Qardaşkənd, Zalqaraağac, Güdəcühür, Cəngan və Əsədli kəndlərində tibb, Məmişlər kəndində həkim məntəqələri tikilib istifadəyə verilmişdir. Şıx Salahlı kənd həkim, Çöl Dəllək, Çöl Ağammədli kənd tibb məntəqələrində əsaslı təmir işləri aparılmış, tibb müəssisələri yeni inventar və avadanlıqlarla təchiz olunmuşdur.

Azərbaycan Prezidentinin tapşırığına əsasən, 2016-cı ildə 113839 nəfər tibbi müayinədən keçirilmiş, 3010 nəfər ambulator müalicəyə, 692 nəfər isə Mərkəzi rayon xəstəxanasının müvafiq şöbələrində stasionar müalicəyə cəlb edilmişdir. Müayinələr nəticəsində ciddi xəstəliyi aşkar edilmiş 256 nəfər Bakı şəhərində profilinə uyğun klinikalara göndərilmişdir.

 

Mədəniyyət və idman

 

Rayon əhalisinə mədəni xidmətin yaxşılaşdırılması, əhalinin asudə vaxtının səmərəli təşkili, turizmin inkişafı üçün müəyyən işlər görülmüşdür. Mədəniyyət Mərkəzi müasir tələblər səviyyəsində təmir olunmuş, mərkəzi kitabxana buraya köçürülərək normal fəaliyyəti təmin edilmişdir. Heydər Əliyev Mərkəzində 537 eksponat fondundan ekspozisiya zalında 399-u  nümayiş etdirilir. Mərkəzdə 7 dərnək fəaliyyət göstərməklə ulu öndərin həyat və fəaliyyəti və digər mövzularda müntəzəm tədbirlər keçirilmişdir.

Gənc istedadların aşkar olunması, onların müxtəlif yarışlarda iştirakı təmin edilmişdir. Ötən il aprelin 7-də Üzeyir Hacıbəyov adına Uşaq musiqi məktəbinin şagirdləri Cəmilə Həsənova və İlkanə Orucova III Respublika elmi-ifaçılıq müsabiqəsinin və “Xan Şuşinski adına II Respublika muğam festivalı”nın diplomantı olmuşlar.

İdmanın kütləviliyinin artırılması, uşaq, yeniyetmə və gənclərin fiziki sağlamlığının möhkəmləndirilməsi, əhalinin bütün təbəqələri arasında sağlam həyat tərzinin formalaşdırılması, mövcud idman qurğularından səmərəli istifadə edilməsi mühüm vəzifə kimi qarşıya qoyulmuşdur. Heydər Əliyev adına istirahət parkında, ulu öndərin adını daşıyan prospektdə yerləşən yaşayış binalarının qarşısında, Mirzə Ələkbər Sabir adına şəhər 1, Nizami Gəncəvi adına 5 saylı və Çöl Beşdəli kənd tam orta məktəblərində müasir tələblərə cavab verən idman-sağlamlıq obyektləri tikilmişdir. Olimpiya İdman Kompleksinin imkanlarından səmərəli istifadə olunur. 2009-cu ildən istifadəsiz qalan Gənclər Mərkəzi ölkə başçısının tapşırığı ilə əsaslı təmir edilmişdir. İdmançılarımız dünyarespublika yarışlarında rayonumuzu layiqincə təmsil etmişlər.

...Sabirabadda Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələrə məsuliyyət hissi ilə yanaşılır. İndi bütün diqqət həmin vəzifələrin uğurla icrasına yönəldilib. İnanırıq ki, sabirabadlılar bu vəzifələrin öhdəsindən layiqincə gələcəklər.

 

Səməd HÜSEYNOĞLU

 

Xalq qəzeti.- 2017.- 20 may.- S.10.