Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2004-cü il
12 iyul tarixli 93 nömrəli qərarı
ilə təsdiq edilmiş “Dövlət büdcəsinin, büdcədənkənar
dövlət fondları
büdcələrinin tərtibi,
icrası və icrasına nəzarət üzrə əməliyyatların
əlaqələndirilməsinə dair Tədbirlər planı”nda dəyişikliklər
edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin qərarı
№ 213
Bakı şəhəri,
19 may 2017-ci il
“Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının
2017-ci il büdcəsi
haqqında” Azərbaycan
Respublikasının 2016-cı il 16 dekabr tarixli
449-VQ nömrəli Qanununun
tətbiqi barədə”
Azərbaycan Respublikası
Prezidentinin 2016-cı il
28 dekabr tarixli 1183 nömrəli Fərmanının
2.2-ci bəndinin icrasını
təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti
QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2004-cü il
12 iyul tarixli 93 nömrəli qərarı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2004, № 7, maddə 584; 2008, № 2, maddə 130; 2009, № 11, maddə
936; 2014, № 2, maddə 201; 2016, № 5, maddə 955, № 7, maddə
1343; 2017, № 2, maddə 325) ilə
təsdiq edilmiş “Dövlət büdcəsinin,
büdcədənkənar dövlət
fondları büdcələrinin
tərtibi, icrası və icrasına nəzarət üzrə əməliyyatların əlaqələndirilməsinə
dair Tədbirlər planı”nda aşağıdakı
dəyişikliklər edilsin:
1. 1-ci bölmənin adında “Dövlət Sosial Müdafiə Fondu” sözləri “Azərbaycan
Respublikasının Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu” sözləri ilə əvəz edilsin.
2. “Tədbirlərin məzmunu”
sütunu üzrə:
2.1. 1-ci hissədə, 1.1-ci bəndin
birinci abzasında “Dövlət Sosial Müdafiə Fondu” sözləri “Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu” sözləri ilə əvəz edilsin;
2.2. 1.2-ci
bənddə, 1.3-cü bəndin
birinci və “ə” abzaslarında “Dövlət
Sosial Müdafiə Fondu” sözləri “Azərbaycan Respublikasının
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu” sözləri ilə, “a”, “b”, ”d” və
“e” abzaslarında “Dövlət
Sosial Müdafiə Fondunun” sözləri “Azərbaycan Respublikasının
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun” sözləri ilə əvəz edilsin;
2.3.
1.4-cü, 1.5-ci bəndlərdə və 4.1-ci bəndin “a” abzasında “Dövlət Sosial Müdafiə Fondunun” sözləri “Azərbaycan Respublikasının
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun” sözləri ilə əvəz edilsin.
Yaqub Eyyubov
Azərbaycan Respublikası
Baş nazirinin birinci müavini
Xalq qəzeti.- 2017.-
20 may.- S.6.