Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2010-cu il 28 iyul tarixli 143 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsindən
maliyyə yardımı
və ya investisiyayönümlü təxsisat
alan, habelə dövlət zəmanəti
ilə alınmış
borc da daxil
olmaqla, dövlət büdcəsi qarşısında
öhdəliyi olan hüquqi şəxslərin
xarici və ya daxili borclanmasını
tənzimləyən Qaydalar”da
dəyişiklik edilməsi
barədə
Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin qərarı
№ 214
Bakı şəhəri,
19 may 2017-ci il
“Dövlətə məxsus
olan hüquqi şəxslərin daxili və xarici borcalması Qaydası”nın
təsdiqi haqqında”
Azərbaycan Respublikası
Prezidentinin 2016-cı il
28 dekabr tarixli 1182 nömrəli Fərmanının
2.3-cü bəndinin icrasını
təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti
QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2010-cu il 28 iyul tarixli 143 nömrəli qərarı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2010, № 7, maddə 708; 2014, № 2, maddə 201; 2016, № 5, maddə
955, № 8, maddə 1449, № 10, maddə
1743, № 11, maddə 1921) ilə
təsdiq edilmiş “Dövlət büdcəsindən
maliyyə yardımı
və ya investisiyayönümlü təxsisat
alan, habelə dövlət zəmanəti
ilə alınmış
borc da daxil
olmaqla, dövlət büdcəsi qarşısında
öhdəliyi olan hüquqi şəxslərin
xarici və ya daxili borclanmasını
tənzimləyən Qaydalar”a
aşağıdakı məzmunda
1.3-cü bənd əlavə
edilsin:
“1.3. Dövlətə məxsus
olan hüquqi şəxslərin daxili və xarici borcalması Azərbaycan Respublikası Prezidentinin
2016-cı il 28 dekabr tarixli 1182 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlətə məxsus
olan hüquqi şəxslərin daxili və xarici borcalması Qaydası”na uyğun olaraq həyata keçirilir.”.
Yaqub Eyyubov,
Azərbaycan Respublikası
Baş nazirinin birinci müavini
Xalq qəzeti.- 2017.- 24
may.- S.8.