“Meşə təsərrüfatına
dəymiş ziyana görə maddi məsuliyyətə cəlb
edilmə qaydaları haqqında” Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 1993-cü il 27 dekabr tarixli 636 nömrəli
qərarında dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin qərarı
№ 216
Bakı şəhəri,
22 may 2017-ci il
“Azərbaycan
Respublikasının Meşə Məcəlləsində dəyişikliklər
edilməsi haqqında” Azərbaycan Respublikasının
2016-cı il 11 noyabr tarixli 394-VQD nömrəli Qanununun tətbiqi
barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı
il 14 dekabr tarixli 2522 nömrəli Sərəncamının
1.2 ci bəndinin icrasını təmin etmək məqsədi
ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti
QƏRARA ALIR:
“Meşə
təsərrüfatına dəymiş ziyana görə maddi
məsuliyyətə cəlb edilmə qaydaları haqqında”
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 27
dekabr tarixli 636 nömrəli qərarına 7 saylı əlavə
- “Ağacların və kolların qanunsuz qırılması
və zədələnməsi (boy artımının
dayandırılması dərəcəsinədək) nəticəsində
vurulmuş ziyanın miqdarının hesablanması
üçün Nırx”da aşağıdakı dəyişikliklər
edilsin:
1. Cədvəldən
“1 m2 yaşıllıqlar üçün (qazon,
çiçək ləki və s.) 0,2 0,2” sözləri
çıxarılsın.
2. “Qeyd”in
IV hissəsi ləğv edilsin.
Artur Rasi-zadə ,
Azərbaycan Respublikasının
Baş naziri
Xalq qəzeti.- 2017.- 24 may.- S.8.