Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2015-ci il 12 iyun tarixli 224 nömrəli qərarı
ilə təsdiq edilmiş “Əmək qanunvericiliyinin və “Məşğulluq haqqında”
Azərbaycan Respublikası
Qanununun pozulmasına görə Azərbaycan Respublikasının İnzibati
Xətalar Məcəlləsinə
əsasən Azərbaycan
Respublikasının Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən
tətbiq edilən cərimələrdən toplanan
və həmin orqanın hesabına köçürülən vəsaitdən
istifadə Qaydası”nda
dəyişiklik edilməsi
barədə
Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin qərarı
№ 219
Bakı şəhəri,
23 may 2017-ci il
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişikliklər
edilməsi barədə”
Azərbaycan Respublikasının
2016-cı il 31 may tarixli
267-VQD nömrəli Qanununun
tətbiqi və “Azərbaycan Respublikasının
Dövlət İmtahan
Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında”
Azərbaycan Respublikası
Prezidentinin 2016-cı il
11 aprel tarixli 860 nömrəli Fərmanında
dəyişikliklər edilməsi
barədə” Azərbaycan
Respublikası Prezidentinin
2016-cı il 9 avqust tarixli 1008 nömrəli Fərmanının 1.1.4-cü yarımbəndinin
icrasını təmin
etmək məqsədi
ilə Azərbaycan Respublikasının Nazirlər
Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2015-ci il 12 iyun tarixli 224 nömrəli qərarı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2015, № 6, maddə 796) ilə
təsdiq edilmiş “Əmək qanunvericiliyinin
və “Məşğulluq
haqqında” Azərbaycan
Respublikası Qanununun
pozulmasına görə
Azərbaycan Respublikasının
İnzibati Xətalar Məcəlləsinə əsasən
Azərbaycan Respublikasının
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən tətbiq
edilən cərimələrdən
toplanan və həmin orqanın hesabına köçürülən
vəsaitdən istifadə
Qaydası”nın 4.6-cı bəndindən
“, habelə attestasiya komissiyasının tövsiyəsi”
sözləri çıxarılsın.
Artur Rasi-zadə
Azərbaycan Respublikasının Baş
naziri
Xalq qəzeti.- 2017.-
25 may.- S.8.