Böyükşor gölünün və
onun mühafizə zonasının sərhədlərinin təsdiq
edilməsi haqqında
Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin qərarı
¹ 221
Bakı şəhəri,
23 may 2017-ci il
“Böyükşor
gölünün ekoloji
vəziyyətinin yaxşılaşdırılması,
mühafizəsi və
istifadə sahəsində
əlavə tədbirlər
haqqında” Azərbaycan
Respublikası Prezidentinin
2013-cü il 26 dekabr tarixli 61 nömrəli Fərmanının 5.1-ci bəndinin
icrasını təmin
etmək məqsədi
ilə Azərbaycan Respublikasının Nazirlər
Kabineti QƏRARA ALIR:
Böyükşor gölünün 1159,39
hektarlıq sahəsi olan akvatoriyasının və onun 467,85 hektarlıq sahəsi olan mühafizə zonasının
əlavə olunmuş
xəritədə göstərilmiş
sərhədləri təsdiq edilsin.
Artur Rasi-zadə
Azərbaycan Respublikasının Baş
naziri
Qeyd: Qərara edilmiş
əlavələrin tam mətni
ilə www.cabmin.gov.az və
www.xalqqazeti.com saytlarında tanış ola bilərsiniz.
Xalq qəzeti.- 2017.-
25 may.- S.8.