Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmişMəcburi dövlət sosial sığortası üzrə ödəmələrin əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması ödənilməsi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

¹ 224

  Bakı şəhəri, 26 may 2017-ci il

 

Nağdsız hesablaşmalar haqqındaAzərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli 461-VQ nömrəli Qanununun tətbiqi barədəAzərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 dekabr tarixli 1175 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, ¹ 9, maddə 596; 2000, ¹ 10, maddə 764; 2001, ¹ 3, maddə 214; 2003, ¹ 6, maddə 342; 2005, ¹ 7, maddə 661, ¹ 9, maddələr 857, 858, ¹ 12, maddə 1244; 2006, ¹ 1, maddə 58, ¹ 3, maddə 291, ¹ 4, maddə 370, ¹ 9, maddələr 819, 821, ¹ 10, maddələr 902, 903; 2007, ¹ 2, maddələr 185, 188, ¹ 5, maddə 544; 2008, ¹ 2, maddələr 114, 129, 130, ¹ 9, maddə 853, ¹ 10, maddə 857; 2010, ¹ 3, maddələr 263, 264, ¹ 8, maddə 763, ¹ 12, maddə 1123; 2011, ¹ 5, maddə 449, ¹ 7, maddə 742; 2012, ¹ 2, maddə 180, ¹ 7, maddə 773; 2014, ¹ 4, maddə 459; 2016, ¹ 7, maddə 1343, ¹ 11, maddə 1973; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 7 aprel tarixli 123 nömrəli qərarı) ilə təsdiq edilmişMəcburi dövlət sosial sığortası üzrə ödəmələrin əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması ödənilməsi haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 97-1-ci hissə əlavə edilsin:

“ 97-1. Bu Əsasnamə üzrə nəzərdə tutulmuş müavinətlər yalnız nağdsız qaydada ödənilir.”

 

Artur Rasi-zadə,

Azərbaycan Respublikasının Baş naziri

 

Xalq qəzeti.- 2017.- 31 may.- S.10.