“Azərbaycan Respublikası ədliyyə orqanları işçilərinin geyim formalarının verilmə qaydaları, normaları və istifadə müddətlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 27 iyul tarixli 131 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

¹ 225

Bakı şəhəri, 26 may 2017-ci il

 

“Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli 461-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 dekabr tarixli 1175 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 27 iyul tarixli 131 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 7, maddə 578; 2002, ¹ 10, maddə 635; 2005, ¹ 6, maddə 545; 2006, ¹ 5, maddə 470; 2010, ¹ 1, maddə 55) ilə təsdiq edilmiş 1 nömrəli əlavə - “Azərbaycan Respublikası ədliyyə orqanları işçilərinin geyim formalarının verilmə Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 6-cı hissənin ikinci cümləsində “nağd” sözü “yalnız nağdsız qaydada” sözləri ilə əvəz edilsin.

2. 7-ci hissədən “nağd” sözü çıxarılsın.

 

Artur Rasi-zadə,

Azərbaycan Respublikasının Baş naziri

 

Xalq qəzeti.- 2017.- 31 may.- S.10.