Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 27 avqust tarixli 142 nömrəli qərarı ilə təsdiq edilmiş “Hakimlərə müalicə olunmaq üçün pul təminatının verilməsi Qaydası”nda dəyişiklik edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

¹ 226

Bakı şəhəri, 26 may 2017-ci il

 

“Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli 461-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 dekabr tarixli 1175 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 27 avqust tarixli 142 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, ¹ 8, maddə 565; 2002, ¹ 10, maddə 635; 2005, ¹ 5, maddə 455; 2006, ¹ 3, maddə 303) ilə təsdiq edilmiş “Hakimlərə müalicə olunmaq üçün pul təminatının verilməsi Qaydası”nın 6-cı hissəsinin üçüncü cümləsində “nağd və ya” sözləri “yalnız” sözü ilə əvəz edilsin.

 

Artur Rasi-zadə,

Azərbaycan Respublikasının Baş naziri

 

Xalq qəzeti.- 2017.- 31 may.- S.10.