Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2002-ci il 9 yanvar tarixli 2 nömrəli qərarı ilə təsdiq edilmiş “Kommunal, nəqliyyat və digər xidmətlər üzrə
güzəştlərin müavinətlərlə
əvəz olunması
ilə əlaqədar
həmin müavinətlərin
vətəndaşlara verilməsi
Qaydaları”nda dəyişikliklər
edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİNİN QƏRARI
¹ 227
Bakı şəhəri,
26 may 2017-ci il
“Nağdsız hesablaşmalar
haqqında” Azərbaycan
Respublikasının 2016-cı il 16 dekabr tarixli
461-VQ nömrəli Qanununun
tətbiqi barədə”
Azərbaycan Respublikası
Prezidentinin 2016-cı il
23 dekabr tarixli 1175 nömrəli Fərmanının
1.2-ci bəndinin icrasını
təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti
QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2002-ci il 9 yanvar tarixli 2 nömrəli qərarı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2002,
¹ 1, maddə 81; 2003, ¹ 4, maddə
217; 2006, ¹ 6, maddə 578; 2007, ¹ 2, maddə 199, ¹ 5, maddə
549; 2016, ¹ 11, maddə 1976) ilə
təsdiq edilmiş “Kommunal, nəqliyyat və digər xidmətlər üzrə
güzəştlərin müavinətlərlə
əvəz olunması
ilə əlaqədar
həmin müavinətlərin
vətəndaşlara verilməsi
Qaydaları”nda aşağıdakı
dəyişikliklər
edilsin:
1. 1-ci hissəsinə “orqan tərəfindən” sözlərindən
sonra “yalnız nağdsız qaydada” sözləri əlavə
edilsin;
2. 7-ci hissənin birinci cümləsinə “vəsaiti
hesabına” sözlərindən
sonra “yalnız nağdsız qaydada” sözləri əlavə
edilsin.
Artur Rasi-zadə,
Azərbaycan Respublikasının Baş
naziri
Xalq qəzeti.-2017.- 31 may.- S.10.