Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2010-cu il 25 yanvar tarixli 15 nömrəli qərarı
ilə təsdiq edilmiş “İdmançılara
təqaüdlərin və
digər ödənişlərin
verilməsi Meyarları
və Qaydaları”nda dəyişiklik edilməsi
barədə
AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİNİN QƏRARI
№ 234
Bakı şəhəri,
26 may 2017-ci il
“Nağdsız hesablaşmalar
haqqında” Azərbaycan
Respublikasının 2016-cı il 16 dekabr tarixli
461-VQ nömrəli Qanununun
tətbiqi barədə”
Azərbaycan Respublikası
Prezidentinin 2016-cı il
23 dekabr tarixli 1175 nömrəli Fərmanının
1.2-ci bəndinin icrasını
təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti
QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2010-cu il 25 yanvar tarixli 15 nömrəli qərarı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2010, № 1, maddə 61) ilə
təsdiq edilmiş “İdmançılara təqaüdlərin
və digər ödənişlərin verilməsi
Meyarları və Qaydaları”nın 4.1-ci bəndinin
birinci cümləsinə
“hesabına” sözündən
sonra “yalnız nağdsız qaydada” sözləri əlavə
edilsin.
Artur Rasi-zadə,
Azərbaycan Respublikasının Baş
naziri
Xalq qəzeti.- 2017.-
31 may.- S.10.