“Ehtiyata və ya istefaya
buraxılmış vətəndaşların
bəzi kateqoriyalarına
müvəqqəti mənzil
kirayəsi xərclərinin
məbləğinin və
ödənilməsi qaydasının
müəyyən edilməsi
barədə” Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin 2012-ci il 6 avqust tarixli 174 nömrəli qərarında dəyişiklik
edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİNİN QƏRARI
¹ 236
Bakı şəhəri,
26 may 2017-ci il
“Nağdsız hesablaşmalar haqqında”
Azərbaycan Respublikasının
2016-cı il 16 dekabr tarixli 461-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan
Respublikası Prezidentinin
2016-cı il 23 dekabr tarixli 1175 nömrəli Fərmanının 1.2-ci bəndinin
icrasını təmin
etmək məqsədi
ilə Azərbaycan Respublikasının Nazirlər
Kabineti QƏRARA ALIR:
“Ehtiyata və ya istefaya buraxılmış
vətəndaşların bəzi
kateqoriyalarına müvəqqəti
mənzil kirayəsi xərclərinin məbləğinin
və ödənilməsi
qaydasının müəyyən
edilməsi barədə”
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2012-ci il 6 avqust tarixli 174 nömrəli qərarının (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2012, ¹ 8, maddə
822) 1-ci hissəsinə “aşağıdakı
məbləğlərdə” sözlərindən sonra
“yalnız nağdsız
qaydada” sözləri əlavə edilsin.
Artur Rasi-zadə,
Azərbaycan Respublikasının Baş
naziri
Xalq qəzeti.- 2017.-
31 may.- S.10.