“1994-cü il fevralın 1-dən 2010-cu il
iyunun 12-dək həqiqi
hərbi xidmətdən
ehtiyata və istefaya buraxılmış
hərbi qulluqçulara
(müddətli həqiqi
hərbi xidmət hərbi qulluqçularından
başqa) həmin dövrün təqvim illərində istifadə
edilməmiş növbəti
məzuniyyətə görə
kompensasiyanın ödənilməsi
qaydasının və
məbləğinin müəyyən
edilməsi barədə”
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2014-cü il 26 dekabr tarixli 399 nömrəli qərarında dəyişiklik
edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİNİN QƏRARI
¹ 237
Bakı şəhəri,
26 may 2017-ci il
“Nağdsız hesablaşmalar
haqqında” Azərbaycan
Respublikasının 2016-cı il 16 dekabr tarixli
461-VQ nömrəli Qanununun
tətbiqi barədə”
Azərbaycan Respublikası
Prezidentinin 2016-cı il
23 dekabr tarixli 1175 nömrəli Fərmanının
1.2-ci bəndinin icrasını
təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti
QƏRARA ALIR:
“1994-cü
il fevralın 1-dən
2010-cu il iyunun 12-dək
həqiqi hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi
qulluqçulara (müddətli
həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa)
həmin dövrün
təqvim illərində
istifadə edilməmiş
növbəti məzuniyyətə
görə kompensasiyanın
ödənilməsi qaydasının
və məbləğinin
müəyyən edilməsi
barədə” Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin 2014-cü il
26 dekabr tarixli 399 nömrəli qərarının
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2014,
¹ 12, maddə 1675; 2016, ¹ 9, maddə
1585) 4-cü hissəsinə “vəsaitlər hesabına”
sözlərindən sonra
“yalnız nağdsız
qaydada” sözləri əlavə edilsin.
Artur Rasi-zadə,
Azərbaycan Respublikasının Baş
naziri
Xalq qəzeti.- 2017.-
31 may.- S.10.