Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2014-cü il
30 oktyabr tarixli 360 nömrəli qərarı
ilə təsdiq edilmiş “Əfqanıstanda
sovet qoşunlarının
tərkibində beynəlmiləl
borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş
və məhkəmə
qaydasında ölmüş
elan edilən hərbi qulluqçuların
ailələri üçün
Azərbaycan Respublikası
Prezidentinin təqaüdünün
təyin olunması və ödənilməsi
Qaydası”nda dəyişiklik
edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİNİN QƏRARI
¹ 238
Bakı şəhəri,
26 may 2017-ci il
“Nağdsız hesablaşmalar
haqqında” Azərbaycan
Respublikasının 2016-cı il 16 dekabr tarixli
461-VQ nömrəli Qanununun
tətbiqi barədə”
Azərbaycan Respublikası
Prezidentinin 2016-cı il
23 dekabr tarixli 1175 nömrəli Fərmanının
1.2-ci bəndinin icrasını
təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti
QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2014-cü il 30 oktyabr tarixli 360 nömrəli qərarı (Azərbaycan
Respublikasının
Qanunvericilik Toplusu, 2014, ¹ 11, maddə
1504; 2016, ¹ 11, maddə 1976) ilə təsdiq edilmiş “Əfqanıstanda
sovet qoşunlarının
tərkibində beynəlmiləl
borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş
və məhkəmə
qaydasında ölmüş
elan edilən hərbi qulluqçuların
ailələri üçün
Azərbaycan Respublikası
Prezidentinin təqaüdünün
təyin olunması və ödənilməsi
Qaydası”nın 6-cı hissəsinə
“təyin edilir və” sözlərindən
sonra “yalnız nağdsız qaydada” sözləri əlavə
edilsin.
Artur Rasi-zadə,
Azərbaycan Respublikasının Baş
naziri
Xalq qəzeti.- 2017.-
31 may.- S.11.