Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2016-cı il 5 fevral tarixli 38 nömrəli qərarı ilə təsdiq edilmiş “Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili
müəssisələrinin tələbələrinə və
şagirdlərinə təqaüdlərin
təyin olunması və ödənilməsi
Qaydası”nda dəyişikliklər
edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİNİN QƏRARI
№ 239
Bakı şəhəri,
26 may 2017-ci il
“Nağdsız hesablaşmalar
haqqında” Azərbaycan
Respublikasının 2016-cı il 16 dekabr tarixli
461-VQ nömrəli Qanununun
tətbiqi barədə”
Azərbaycan Respublikası
Prezidentinin 2016-cı il
23 dekabr tarixli 1175 nömrəli Fərmanının
1.2-ci bəndinin icrasını
təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti
QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2016-cı il 5 fevral tarixli 38 nömrəli qərarı (Azərbaycan
Respublikasının
Qanunvericilik Toplusu, 2016, № 2 (II kitab),
maddə 380) ilə təsdiq edilmiş “Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili
müəssisələrinin tələbələrinə və
şagirdlərinə təqaüdlərin
təyin olunması və ödənilməsi
Qaydası”nda aşağıdakı
dəyişikliklər edilsin:
1.
1.3-cü bəndə “hesabına”
sözündən sonra
“yalnız nağdsız
qaydada” sözləri əlavə edilsin.
2. 1.11-ci bəndin ikinci cümləsinə “müəyyən
olunur və” sözlərindən sonra
“yalnız nağdsız
qaydada” sözləri əlavə edilsin.
Artur Rasi-zadə,
Azərbaycan Respublikasının Baş
naziri
Xalq qəzeti.- 2017.-
31 may.- S.11.