Ankarada Molla Pənah Vaqifin

300 illik yubileyi qeyd olundu

 

Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin anadan olmasının 300 illiyi münasibətilə 2017- ci il TÜRKSOY tərəfindənMolla Pənah Vaqif ilielan olunmuşdur. Bu məqsədlə Türkiyə Milli Kitabxanasında beynəlxalq elmi konfrans Azərbaycan Milli Kitabxanasının fonduna məxsus olan, şairin əsərlərindən ibarət kitab sərgisi təşkil olunmuşdur. Tədbir çərçivəsində, həmçininMolla Pənah Vaqifin şeirləri dünya dillərində”, “N.Cəfərov. Molla Pənah Vaqif”, “Molla Pənah Vaqif. Biblioqrafiyakitablarının təqdimatı olmuşdur.

 

Azərbaycan Respublikasının mədəniyyət turizm naziri Əbülfəs Qarayev, Türkiyə Respublikasının mədəniyyət turizm nazirinin müavini Hüseyn Yayma, Türkiyə Respublikasının Prezidenti R.T.Ərdoğanın müşaviri, keçmiş mədəniyyət turizm naziri Yalçın Topçu digər ziyalıların müşayiəti ilə tədbir iştirakçıları şairin zəngin həyat yaradıcılığını əks etdirən, Azərbaycan Milli Kitabxanasının qızıl fondunda qorunan kitabların sərgisi ilə tanış olublar.

TÜRKSOY baş katibinin müavini Fırat Purtaş tədbir iştirakçılarınaMolla Pənah Vaqif iliilə əlaqədar keçirilən tədbirlərdən danışmışdır.

Hüseyn Yayma çıxış edərək mədəni tədbirlərin daha çox təşkil edilməsinin vacibliyini bildirmiş bu sahədə TÜRKSOY-un üzərinə mühüm vəzifələrin düşdüyünü qeyd etmişdir.

Yalçın Topçu çıxış edərək işğal olunmuş türk dünyasının mədəniyyət beşiyi olan Şuşada şairi anmağı Allahdan bizə nəsib etməsini arzulamış, Qarabağın tamlığını, hürriyyətini diləmişdir.

Əbülfəs Qarayev çıxışında türk dünyasının bu tədbirə qatılan bütün nümayəndələrini salamlamış, tədbirin keçirilməsinə görə TÜRKSOY-a Türkiyə Mədəniyyət və Turizm Nazirliyinə və ev sahibliyinə görə Türkiyə Milli Kitabxanasına minnətdarlığını bildirmişdir. Şair haqqında danışan nazir M.P.Vaqif zirvəsinin yüksəkliyini, dahi şəxsiyyətin müxtəlif sahələrdə fəaliyyət göstərdiyini, onun yeni istiqamət açaraq milli ədəbiyyatımızda xüsusi iz qoyduğunu vurğulamış, şairin yaradıcılığının həmişə diqqət mərkəzində olduğunu və dövlət qayğısı ilə əhatə edildiyini bildirərək, hələ 1982-ci ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Şuşada M.P.Vaqifin məqbərəsinin ucaldıldığını qeyd etmişdir. Bu gün onun uyuduğu torpağın bədnam qonşularımızın işğalı altında olmasının bizim üçün böyük narahatlıq doğurduğunu, şairin məzarının dağıdıldığını qeyd etmiş, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında Vaqifin, Ü.Hacıbəylinin, Bülbülündaha neçə-neçə dahi sənətkarlarımızın yubileylərinin Qarabağ torpağında qeyd ediləcəyini inamla bildirmişdir.

Konfransda Azərbaycanda Atatürk Mərkəzinin müdiri, Milli Məclisin deputatı, akademik Nizami Cəfərov, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid, Avrasiya Yazıçılar Birliyinin sədri Yaqub Öməroğlu, Dünya Yazıçılar və Ziyalılar Dərnəyinin direktoru Osman Baş, yazıçı-tədqiqatçı Songül Dündar Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov çıxış edərək M.P.Vaqifin yaradıcılığından, şairin yaradıcı irsinin tədqiqindən  söhbət açmışlar.

 

M. MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2017.- 4 noyabr.- S.8.