Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2004-cü il
27 avqust tarixli 118 nömrəli qərarı
ilə təsdiq edilmiş “Müəssisə
və təşkilatların,
habelə sahibkarlıqla
məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə
uyğun olaraq ciddi hesabat blanklarının
tərtibi və tətbiqi Qaydaları”nda dəyişikliklər edilməsi
barədə
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı
¹ 476
Bakı şəhəri, 3 noyabr
2017-ci il
Azərbaycan Respublikası Konstitusiyasının
119-cu maddəsinin səkkizinci
abzasını rəhbər
tutaraq Azərbaycan Respublikasının Nazirlər
Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2004-cü il
27 avqust tarixli 118 nömrəli qərarı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2004, ¹ 8, maddə 662; 2005, ¹ 2, maddə 134; 2006, ¹ 3, maddə
299; 2009, ¹ 2, maddə 157, ¹ 10, maddə 853; 2012, ¹ 3, maddə
252; 2014, ¹ 6, maddə 747, ¹ 8, maddə 1023; 2016, ¹ 5, maddə
962, ¹ 10, maddə 1709; 2017, ¹ 3, maddə 487) ilə təsdiq edilmiş “Müəssisə və təşkilatların, habelə
sahibkarlıqla məşğul
olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun
olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi Qaydaları”nda aşağıdakı dəyişikliklər
edilsin:
1. 1.2-ci və 1.6-cı bəndlərə
“Hökumət Ödəniş
Portalının” sözlərindən
sonra “, Azərbaycan Respublikasının Prezidenti
yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyindəki İnnovasiyalar Mərkəzinin
“ASAN ödəniş” sisteminin
ödəniş barədə”
sözləri əlavə
edilsin.
2. 1.5-ci bəndə “Hökumət
Ödəniş Portalının”
sözlərindən sonra
“, “ASAN ödəniş” sisteminin
ödəniş barədə”
sözləri, “Mərkəzi
Bankı” sözlərindən
sonra “, Azərbaycan Respublikasının Prezidenti
yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi” sözləri əlavə edilsin.
Artur RASİ-ZADƏ
Azərbaycan Respublikasının
Baş naziri
Xalq qəzeti.- 2017.-
7 noyabr.- S.3.