“Azərbaycan
Respublikasında ixrac-idxal əməliyyatları
üzrə gömrük
rüsumlarının dərəcələri haqqında” Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2001-ci il 12 aprel tarixli
80 nömrəli qərarında dəyişikliklər edilməsi
barədə
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı
¹ 479
Bakı şəhəri,
3 noyabr 2017-ci il
Azərbaycan Respublikası Konstitusiyasının
119-cu maddəsinin səkkizinci
abzasını rəhbər
tutaraq, Azərbaycan Respublikası İqtisadiyyat
Nazirliyinin Azərbaycan
Respublikasının Maliyyə
Nazirliyi, Azərbaycan Respublikasının Vergilər
Nazirliyi və Azərbaycan Respublikasının
Dövlət Gömrük
Komitəsi ilə razılaşdırılmış təklifinə əsasən
Azərbaycan Respublikasının
Nazirlər Kabineti
QƏRARA ALIR:
1. “Azərbaycan Respublikasında
ixrac-idxal əməliyyatları
üzrə gömrük
rüsumlarının dərəcələri
haqqında” Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin 2001-ci il 12 aprel tarixli 80 nömrəli qərarının
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2001, ¹ 4, maddə 289, ¹ 8, maddə
560; 2002, ¹ 8, maddə 549, ¹ 9, maddə 581, ¹ 10, maddə
647; 2003, ¹ 2, maddə 147, ¹ 4, maddə 226, ¹ 10, maddə
614, ¹ 12 (II kitab), maddə
749; 2004, ¹ 3, maddə 196, ¹ 4, maddə 307, ¹ 5, maddələr
389, 390, ¹ 9, maddə 743; 2005, ¹ 10, maddə 980; 2006, ¹ 4, maddə
363, ¹ 7, maddə 652; 2007, ¹ 5, maddə 548, ¹ 6, maddə
700, ¹ 11, maddə 1187; 2008, ¹ 4, maddə 325; 2009, ¹ 11, maddə
938; 2010, ¹ 1, maddə 68; 2012, ¹ 9, maddə 928; 2013, ¹ 7, maddə
871; 2014, ¹ 1, maddə 65, ¹ 2, maddə 197; 2016, ¹ 4, maddə
823, ¹ 8, maddələr 1430, 1445, ¹ 9, maddə 1592, ¹ 10, maddə
1698; 2017, ¹ 1, maddələr 116, 119, ¹ 3, maddə 511, ¹ 4, maddə
644, ¹ 7, maddə 1490, ¹ 8, maddələr
1615, 1621) əlavəsi olan
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2003-cü il 22 dekabr tarixli 161 nömrəli qərarı ilə təsdiq edilmiş mətndə “Azərbaycan
Respublikasının ərazisinə
gətirilən mallar üzrə gömrük idxal rüsumlarının
dərəcələri”nin “Tarif dərəcəsi (gömrük dəyərinə
görə %-lə)” sütununda “0405” mal mövqeyinə
aid sətirlərdə “15” rəqəmi “5” rəqəmi
ilə əvəz edilsin.
2. Bu qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir və 2019-cu il dekabrın
31-dək qüvvədədir.
Artur RASİ-ZADƏ
Azərbaycan
Respublikasının
Baş naziri
Xalq qəzeti.-2017.- 7
noyabr.- S.3.