Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2012-ci il 31 oktyabr tarixli
252 nömrəli qərarı ilə təsdiq edilmiş
“Malların təkrar ixrac gömrük
proseduru altında yerləşdirilməsi
Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı
¹ 483
Bakı şəhəri, 10 noyabr
2017-ci il
“Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 13 iyun tarixli 744-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 iyul tarixli 1525 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 31 oktyabr tarixli 252 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, ¹ 10, maddə 1033; 2015, ¹ 4, maddə 445, ¹ 5, maddə 641) ilə təsdiq edilmiş “Malların təkrar ixrac gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nın 3.3-cü bəndi aşağıdakı redaksiyada verilsin:
“3.3. Şəxs tərəfindən səlahiyyətli gömrük orqanına təkrar ixrac bildirişi verilir. Rəsmiləşdirməni həyata keçirən gömrük orqanında təqdim olunmuş sənədlərdə göstərilən məlumatların düzgünlüyü yoxlanılır, malların eyniləşdirilməsi aparılır və onların ixrac rəsmiləşdirilməsi həyata keçirilərək, sərhəd gömrük orqanına məlumat ötürülür.”.
Yaqub Eyyubov
Azərbaycan Respublikası
Baş nazirinin birinci müavini
Xalq qəzeti.- 2017.-
14 noyabr.- S.5.