Azərbaycan
Respublikası Nazirlər Kabinetinin
2013-cü il 3 oktyabr tarixli 286 nömrəli qərarı ilə təsdiq
edilmiş “Təminatdan istifadə etməklə
gömrük borcunun
ödənilməsinin təmin edilməsi Qaydaları”nda dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı
¹ 484
Bakı şəhəri, 10 noyabr
2017-ci il
“Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 13 iyun tarixli 744-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 iyul tarixli 1525 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 3 oktyabr tarixli 286 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, ¹ 10, maddə 1207; 2015, ¹ 4, maddə 450, ¹ 5, maddə 625) ilə təsdiq edilmiş “Təminatdan istifadə etməklə gömrük borcunun ödənilməsinin təmin edilməsi Qaydaları”nın 4.1-ci bəndinə “yazılı” sözündən sonra “, o cümlədən elektron formada” sözləri əlavə edilsin.
Yaqub Eyyubov
Azərbaycan Respublikası
Baş nazirinin birinci müavini
Xalq qəzeti.- 2017.-
14 noyabr.- S.5.