Azərbaycan
Respublikası Nazirlər Kabinetinin
2014-cü il 22 iyul tarixli 263 nömrəli qərarı ilə təsdiq
edilmiş “Gömrük
sərhədindən keçirilən malların və nəqliyyat
vasitələrinin bəyan edilməsi Qaydaları”nda dəyişikliklər
edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı
¹ 485
Bakı şəhəri, 10 noyabr
2017-ci il
“Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 13 iyun tarixli 744-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Res-publikası Prezidentinin 2017-ci il 13 iyul tarixli 1525 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 22 iyul tarixli 263 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, ¹ 7, maddə 951, ¹ 12, maddə 1653; 2015, ¹ 5, maddə 615; 2016, ¹ 10, maddə 1727; 2017, ¹ 4, maddə 621, ¹ 9, maddə 1759) ilə təsdiq edilmiş “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
1. 2.8-ci bəndin birinci cümləsinə “yazılı” sözündən sonra “, o cümlədən elektron formada” sözləri və üçüncü cümləsinə “yazılı” sözündən sonra “, o cümlədən elektron” sözləri əlavə edilsin.
2. 10.1.1-ci və 11.1.2-ci yarımbəndlər ləğv edilsin.
Yaqub Eyyubov
Azərbaycan Respublikası
Baş nazirinin birinci müavini
Xalq qəzeti.- 2017.-
14 noyabr.- S.5.