“Azərbaycan Respublikasının Korçay
Dövlət Təbiət
Qoruğunun sanitariya-mühafizə zonası”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı
¹ 487
Bakı şəhəri,
13 noyabr 2017-ci il
“Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişikliklər
edilməsi barədə”
Azərbaycan Respublikasının
2014-cü il 4 aprel tarixli 924-IVQD nömrəli
Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin
2014-cü il 15 may tarixli
166 nömrəli Fərmanının
1.4.2-ci yarımbəndinin icrasını
təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti
QƏRARA ALIR:
Azərbaycan Respublikasının Korçay
Dövlət Təbiət
Qoruğunun sanitariya-mühafizə
zonası əlavə
olunmuş xəritədə
göstərilən 962,64
hektarlıq sahədə
təsdiq edilsin.
Yaqub EYYUBOV
Azərbaycan Respublikası
Baş nazirinin birinci müavini
Xalq qəzeti.- 2017.-
15 noyabr.- S.4.